SON DƏQİQƏ

PressDent.Info

İnternatdan qaçan uşaq: Bizi döyə-döyə durğuzurdular - VİDEO

İnternatdan qaçan uşaq: Bizi döyə-döyə durğuzurdular - VİDEO
17-08-2015, 19:16 31103 dəfə baxılıb

 
 
"Bəlkə böyüyəndə allah ele etdi ki, evim-eşiyim oldu, maşınım oldu və öz anam məni hardasa görəndə tanıdı. Bəlkə nə vaxtsa öz doğma oğlu olduğunu biləcək və yaxınlaşacaq, mən də deyəcəm ki, vaxtında yaxınlaşardın mənə, vaxtında başımın üstündə durardın"
 
 Əli Şıxıyev 7 saylı internatda böyüyüb. Harada doğulduğunu bilmir. Dediyinə görə, yadında qalan internatdakı həyatı, orada 6 yaşından sonra uşaqlara verilən əziyyətlərdir:
 
"Səhərlər bizi məftilli dəmirlə döyə-döyə yuxudan oyadırdılar. İdman müəllimimizin sözündən çıxan olanda alıb başına, yerə vururdu. Orada Hüseyn adlı bir uşaq var idi, o qədər başına vurmuşdular ki, bir gun yatdı, səhər oyanmadı". Hüseynin ölümündən sonra qorxub internatdan qacan Əlinin artıq 15 yaşı var. 4 ildir ki, küçələrdə yaşayır. Qalmağa yeri olmadığından parklarda, ara küçələrdə kartondan yataq dözəldib, üstündə gecələyir. Hava soyuq olanda isə 1-2 manat verib, internet klublarda qalır. Əli deyir ki, bəzən internet klublara verməyə pulları olmayıb, küçədə üstlərinə karton örtüb yatıblar, səhər oyanıblar ki, hər tərəf qardı. Buna görə də böyrəyi xəstədi. Əli ac qalmamaq üçün ya kimdənsə pul istəyir, ya da maşınların təkərini qaraltmaqla qazanır. Deyir ki, qazandığı pulu dostları ilə birgə xərcləyir. O, heç vaxt görmədiyi valideynlərindən şikayətlənsə də, ən böyük arzusunun elə anasına qovuşmaq olduğunu deyir. Əlinin arzularından biri də iş və ailə sahibi olmaqdı. Gələcəyi ilə bağlı xəyallar qurur:
 
"Bəlkə böyüyəndə allah ele etdi ki, evim-eşiyim oldu, maşınım oldu və öz anam məni hardasa görəndə tanıdı. Bəlkə nə vaxtsa öz doğma oğlu olduğunu biləcək və yaxınlaşacaq, mən də deyəcəm ki, vaxtında yaxınlaşardın mənə, vaxtında başımın üstündə durardın". Ətrafdakı insanların və polislərin ona qarşı olan münasibətini, "narkoman", "yetim" deyə səsləmələrini istəmir . İnternata hec vaxt qayıtmayacağını deyir və prezidentdən daha yaxşı şəraiti olan sığınacaq istəyir.
 
 
 
 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ