SON DƏQİQƏ

PressDent.Info

Yunan tarixçilərinə “türk”, “yeniçəri əsgəri” ittihamı

Yunan tarixçilərinə “türk”, “yeniçəri əsgəri” ittihamı
10-05-2017, 15:59 10179 dəfə baxılıb

Yunanıstanda Çiprasın liderlik etdiyi hökumət tarix kitablarını  dəyişmək qərarı verincə, ölkədə fırtına qopdu. Çipras kabinetində Təhsil, Araşdırma və Din İşləri Nazirliyi vəzifəsini İstanbul doğumlu bir rum olan fizika professoru Kostas Gavroğluna vermişdi. Yaxşı səviyyədə türkcə bilən və bir dövr İstanbul Texniki Universitetində də dərs deyən Gavroğlu uzun illərdən bəri müzakirə edilən tarix kitablarının modernləşdirilməsi üçün hərəkətə keçdi. Ancaq seçdiyi iki məsləhətçi Yunanıstandakı  ifrat sağçı  çevrələrdə zəlzələ qopardı.

Rum əsilli nazir tarix tədris proqramlarının yenidən formalaşması və kitabların yenidən yazılması üçün Tarix, Arxeologiya və Sosial Antropologiya professoru Polymeris Voglisi seçdi. Tarix müəllimlərinin yeni tədris planı işığında yetişdirilməsi üçün seçilən məsləhətçi isə tarix üzrə bir çox kitabı olan yunan professor Haris Athanasiadis oldu. Ancaq bu iki ad ölkədəki sağçıları qəzəbləndirdi.Çünki Athanasiadis və Voglis ölkədəki ən mübahisəli tarixçilərdəndir. Athanasiadis İzmir və ətrafında yunan ordusunun qırğınlara imza atdığını, şəhərin yandırılıb yıxılmasının səbəbkarının yunan ordusu olduğunu, ”’Pontus soyqırımı” deyə bir şey olmadığını müdafiə etdiyi üçün milliyyətçi yunanların nifrət etdiyi bir şəxsdir. Yunan professor eyni zamanda artıq İstanbula “Konstantinopolis” deyilməsinin mənasız olduğunu, kitablardan da bu ifadənin çıxarılmasının lazım  gəldiyini vurğulayır. Voglis isə Yunanıstanın “Makedoniya” adını artıq makedonlara vermək lazım olduğunu (Yunanıstan, sərhəd qonşusunun Makedoniya adını istifadə edilməsini qəbul etmir) söyləyən bir alimdir.

Bundan başqa, hər iki tarixçi də Yunan xalqının qatı milliyyətçilikdən uzaq elastik bir yunan şəxsiyyətinə sahib olması lazım  gəldiyini, yunan uşaqlarına veriləcək tarix təhsilinin də buna görə formalaşması lazım olduğunu müdafiə edir. Ona görə də, bu iki şəxsin ölkədəki tarix təhsilini şəkilləndirəcək  qurumların başına gətirilməsinə xüsusilə sağ fikirli yunan tarixçilər sərt reaksiya göstərdi. Sağ görüşlü “Proto Thema” qəzeti  tarixçilərə “Türk”, “Yeniçəri əsgəri”’, “Vətən xaini”, “Akademik dünyanın paraziti” və “Cahil” deyimləri ilə  nifrət püskürdü.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ