11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Müsəlman Birliyi Hərəkatının üzvləri barədə hökm dəyişmədi
Mayın 8-i Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə Sahil Rzayev və daha 5 şəxsin apellyasiya şikayətinə baxılıb. S.Rzayev və digərləri 2015-ci ildə, Nardaran olaylarından öncə, noyabrın 5-də «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs ediliblər.
Apellyasiya şikayəti Sahil Rzayev və digər 5 nəfərlə bağlı ötən ilin avqustun 3-ü Sabunçu rayon Məhkəməsinin çıxartdığı hökmdən verilib.
Proses barədə məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, Sabunçu məhkəməsinin hökmü qüvvədə saxlanıb: «Hakim Sahil Rzayevin çıxışını qanunsuz olaraq kəsdi (şüşə qəfəsin mikrofonunu bağladı). Digər təqsirləndirilən şəxslər buna etiraz olaraq məhkəməyə arxasını çevirdi. Hakim sözü dövlət ittihamçısına verdi və daha sonra «müşavirə»dən qayıdaraq apellyasiya şikayətlərinin təmin olunmadığı, hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan etdi».
Vəkil deyib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.
Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyirdilər.
«Müsəlman Birliyi» Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olaylarından öncə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.
Sabunçu rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib. (azadliq.org)