SON DƏQİQƏ

PressDent.Info

“NBC News”: ABŞ KXDR-i “Döyüş baltaları”yla vurmağa hazırdır

“NBC News”: ABŞ KXDR-i “Döyüş baltaları”yla vurmağa hazırdır
14-04-2017, 12:35 11397 dəfə baxılıb

Əgər nüvə silahının sınaqlarına hazırlıq əlamətləri qeyd edilsə, ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qabaqlayıcı zərbə endirməyə hazırdır.
Bu barədə Amerika kəşfiyyatındakı mənbələrə istinadən “NBC News” xəbər verib.
Məmurlar bildiriblər ki, ABŞ “Döyüş baltası” tipli qanadlı raketlərlə təchiz edilmiş iki hərb gəmisini hazır vəziyyətə gətirib. Qeyd olunur ki, döyüş gəmilərindən biri KXDR-in nüvə sınaqları meydançasından azı 500 kilometr aralıda yerləşir.
Bundan başqa, ABŞ HHQ-nin ağır bombardmançı təyyarələri Guam adasında da yerləşdirilib. Təyyarələr vurğulandığı kimi, “zərurət olduqda” hücum etməyə də hazırdır.
Eyni zamanda, Şimali Koreya da xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hücum qeydə alınsa, bu ölkəyə nüvə silahı ilə zərbə endirəcəklər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ