SON DƏQİQƏ

PressDent.Info

Solovyov Əliyevin “sirlərini” açdı; Ölkə başçısı Azərbaycan xalqı və ABŞ barədə necə düşünür? VİDEO

Solovyov Əliyevin “sirlərini” açdı; Ölkə başçısı Azərbaycan xalqı və ABŞ barədə necə düşünür? VİDEO
11-04-2017, 17:48 12093 dəfə baxılıb

Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov Bakıya səfəri və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə 2 saatlıq görüşü barədə maraqlı açıqlamalar verib. Vesti.FM-in qonağı olan Vladimir Solovyovun açıqlamalarında diqqət çəkən İlham Əliyevin ABŞ barədə dedikləridir. Teleaparıcı iddia edib ki, Azərbaycanın dövlət başçısı ABŞ-a rəğbət bəsləmir. Onun sözlərinə görə, İlham Əliyev deyib ki, ABŞ Azərbaycanı zəif və kasıb görmək istəyir:

“İlham Əliyev Amerikaya münasibəti barədə maraqlı danışdı. Onun Amerikaya heç bir pərəstişi yoxdur. Prezident bildirdi ki, ABŞ-a biz kasıb və zəif lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır, biz o dəqiqə pis oluruq”.

Solovyovun sözlərinə görə, İlham Əliyev müxalifətlə mübarizəsi barədə də danışıb. Ölkə başçısı deyib ki, o, xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət zəifləyib.

Solovyov deyib ki, İlham Əliyevdən 1000-dən çox adamın həbsi barədə də soruşub. Ölkə başçısı bildirib ki, Azərbaycanda sərt qaydalar olmasa, ölkə Liviya dönər. Solovyovun sözlərinə görə, İlham Əliyev “Bizim belə ölkəmiz var ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq. Buralar Liviyaya çevriləcək”, – deyə bildirib.

Teleaparıcının iddiasına görə, İlham Əliyev deyib ki, Azərbaycan Avropa deyil. Bu baxımdan o, ikinci müddətə president seçiləndən sonra referendum keçirərək bir nəfərin iki dəfədən artıq prezident seçilməsi barədə müddəanı ləğv edib.

Teleaparıcı həmçinin İlham Əliyevə xanımı Mehriban Əliyevanı vitse-prezident təyin etməsi barədə də sual verib. Ölkə başçısı isə xanımının bu təyinata qədər fəaliyyətini xatırladıb, həmçinin qedy edib ki, bununla Azərbaycanın yolunun başqa olduğunu nümayiş etdirib.

Solovyov daha sonra bildirib ki, Rusiya-Azərbaycan münasibətindən danışanda İlham Əliyev onun “Rusiya Azərbaycanı heç vaxt satmaz” fikrinə etiraz edərək, belə düzəliş verib: “Putin heç vaxt satmaz”.

Bir məqamı da qeyd edək ki, iqtidara yaxın KİV-lər Solovyovun açıqlamasında ABŞ-la bağlı hissəni sonradan çıxarıblar.

Solovyovun Vesti.FM-ə açıqlaması:

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ