SON DƏQİQƏ

PressDent.Info

Tramp: “Çin Şimali Koreyanı yola gətirməzsə, biz gətirərik”

Tramp: “Çin Şimali Koreyanı yola gətirməzsə, biz gətirərik”
3-04-2017, 14:30 10440 dəfə baxılıb

Bu gün “Financial Times” (FT) qəzetində ABŞ prezidenti Donald Tramp ilə müsahibə çıxıb.

Tramp müsahibəsində  Çinin Pyongyang rəhbərliyinə təzyiq edərək, Şimali Koreyanın nüvə təhdidini aradan qaldırmadığı halda, ABŞ-ın tək tərəfli hərəkətə keçə biləcəyi barədə xəbərdarlıq edib. O, “əgər Çin Şimali Koreyanı yola gətirməzsə, biz  gətirərik”  deyib. ABŞ prezidenti Çinin dövlət başçısı Xi Jinping ilə bu həftəki görüşü zamanı da bu  məsələni açıqlayacağını söyləyib.

Tramp müsahibəsində “Çinin Şimali Koreya üzərində böyük təsiri var, o, bizə bu məsələdə ya kömək etməyə qərar verəcək, ya da verməyəcək. Əgər edərsə, bu Çin üçün yaxşı olar, etməzsə, bu heç kim üçün yaxşı olmaz” deyib.

Amma Tramp Çinin köməyi olsa da, olmasa da Şimali Koreyanın nüvə təhdidinə maneə törədiləcəyinə qərarlı olduqlarını ifadə edib.

Çinin Şimali Koreya məsələsinə yardımçı olmasının qarşılığında, ABŞ-ın Koreya yarımadasındakı əsgərlərini çəkməyi düşünüb- düşünməyəcəkləri sualına o, “əgər Çin Şimali Koreya məsələsini həll edərsə, çəkərik” deyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ