SON DƏQİQƏ

PressDent.Info

“Xruşşovka”ların yerində bu binalar tikiləcək

“Xruşşovka”ların yerində bu binalar tikiləcək
15-03-2017, 17:01 14616 dəfə baxılıb

«1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərara əsasən, köhnə 5- və 9-mərtəbəli yaşayış binaları söküləcək. Onların yerində yeni yaşayış binaları inşa ediləcək. Bu, layihə pilotdur. Layihə özünü doğruldarsa, digər mikrorayonlar da yenidən qurtulacaq».

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov martın 15-də 1-ci mikrorayonun yenidən qurulması qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Onun bildirdiyinə görə, ilkin mərhələdə köhnə binalarda yaşayanların köçürülməsi planlaşdırılır. Yeni mənzillər hazır olanadək onlar kirayədə yerləşdiriləcəklər. Onların kirayə xərclərini dövlət qarşılayacaq. Kirayə haqlarının ödənilməsi zamanı bazar qiymətləri əsas götürüləcək.

«Sakinlərə veriləcək yeni mənzillərin sahəsi köhnədən 10 faiz artıq olacaq. Ola bilər ki, kimlərsə, yeni binalardan ev və obyekt istəməsinlər. Belə olan halda, onlara köhnə mənzillərini bazar qiymətinə satmalarına imkan yaradılacaq», – o, deyib.

Tikinti işləri ümumilikdə 29 hektar ərazini əhatə edəcək. E.Əsədov bildirib ki, hazırkı durumda həmin ərazidə 29 beşmərtəbəli, 4 doqquzmərtəbəli, 1 ədəd isə 16 mərtəbəli bina var.

Ərazidə yeni inşa edilən 6 ədəd 10-, 12- və 17-mərtəbəli yaşayış binaları da var. Həmin binalara toxunulmayacaq. Ancaq həmin binalar yeni yaşayış kompleksinə uyğun formada təmir ediləcək.

E.Əsədovun deməsinə görə, yenidənqurma işlərinin ümumilikdə 1729 ailəyə təsiri olacaq: «Tikinti işləri 3 mərhələdə həyata keçiriləcək. 2017-ci ildə start veriləcək ilk mərhələdə bir və ya bir necə 5-mərtəbəli bina söküləcək, paralel olaraq yeni tikintinin hazırlıqları aparılacaq. İlkin mərhələdə sökülən binaların yerində 20-mərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Bunun ardınca inşa ediləcək binalar isə 30- və 35-mərtəbəli olacaq».

E.Əsədov onu da qeyd edib ki, tikinti işlərini aparacaq şirkətlərin seçilməsi müsabiqə yolu ilə həyata keçiriləcək, qanunvericiliyə uyğun olaraq tenderlər təşkil olunacaq 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ