SON DƏQİQƏ

PressDent.Info

Taleh Bağırzadəni müdafiə edən jurnalistə polisə müqavimət ittihamı

Taleh Bağırzadəni müdafiə edən jurnalistə polisə müqavimət ittihamı
25-01-2017, 14:25 25578 dəfə baxılıb

«Jurnalist Rövşən Məmmədlini yanvarın 23-ü axşam saat 17 radələrində Yasamal rayon ərazisində saxlayıblar». Bunu Azadlıq Radiosuna vəkil Elçin Sadıqov bildirib

Vəkilin deməsinə görə, R.Məmmədli Yasamal Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535-1 (polisin qanunu tələblərinə tabe olmamaq) maddəsi ilə ittiham olunub və 30 sutka inzibati cəza alıb: «Səbəb də bunu göstərirlər ki, guya telefonla hündürdən danışaraq nalayiq sözlər deyir, söyüş söyürmüş. Hazırda Binəqədi rayonundakı müvəqqəti saxlanma təcridxanasındadır».

E.Sadıqov qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Rövşən Məmmədli bugünlərdə Müsəlman Birliyi Hərəkatının sədri, hazırda həbsdə olan Taleh Bağırzadəni müdafiə edən yazı ilə çıxış etmişdi. Ondan 2 gün idi ki, yaxınları dəqiq məlumat ala bilmirdilər.

T.Bağırzadənin tərəfdarlarından Əhsən Nuruzadədən isə yanvarın 24-ü gündüz saatlarından xəbər yoxdur. O, da kütləvi informasiya vasitələrinə tez-tez Taleh Bağırzadənin müdafiəsi ilə bağlı açıqlamalar verirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ