SON DƏQİQƏ

PressDent.Info

Kredit portfeli ilə bağlı vəziyyət yaxşı deyil

Kredit portfeli ilə bağlı vəziyyət yaxşı deyil
24-11-2016, 15:08 16095 dəfə baxılıb

İyun ayından etibarən bank sistemində sabitləşmə müşahidə olunsa da, 3-cü rübün nəticələri yenidən narahatlıq yaradır. Bu barədə Bakıda keçirilən bank forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, 2015-ci ildən bəri depozit portfelində davam edən azalma iyun ayında dayanıb. iyul-avqust-sentyabr aylarında isə depozitlərin artımı baş verib. Amma 3-cü rübdən depozitlər yenidən azalıb: «Təəssüf ki, 3-cü rübün yekunlarına baxanda depozitlərin azalması müşahidə olunur. Yəni tendensiya yenidən başlayıb».

Palata rəhbəri bildirib ki, hazırda bu tendensiyanın səbəbləri araşdırılır. Onun sözlərinə görə, bu proses iki səbəblə bağlı ola bilər: «Güman edirik ki, bu bank sektorunda dayanıqlığın yenidən zəifləməsi və əhalinin istehlak məqsədi üçün əmanələrinin bir hissəsini geri çəkməsi ilə bağlıdır».

Palata rəhbəri bildirir ki, hazırda kredit portfeli ilə bağlı vəziyyət də yaxşı deyil: «Bununla bağlı banklarla birlikdə araşdırma aparılır».

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ