SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Azər Paşa Nemət Fuad Poladovun “Azdrama”dan getməsinə münasibət bildirib

Azər Paşa Nemət Fuad Poladovun “Azdrama”dan getməsinə münasibət bildirib
28-10-2016, 16:07 43413 dəfə baxılıb

Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemət xalq artisti Fuad Poladovun teatrdan işdən getməsi qərarına münasibət bildirib.

Teatrın direktoru qeyd edib ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fuad Poladov teatrdan getmək haqqında rəsmi müraciət etməyib. Əmək Məcəlləsinə görə, hər hansı dövlət və özəl qurumun əməkdaşı işdən gedəndə ərizə təqdim etməlidir. Fuad Poladov bizə ərizə təqdim etməyib. Əgər Akademik Milli Dram Teatrındakı işindən getmək istəyirsə, bu onun qərarıdır, şəxsi fikridir. Bunu demək vacibdir ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışır”.

Azər Paşa Nemət əlavə edib ki, Fuad Poladovun sənətini hər zaman qiymətləndirib: “Mənim Fuad Poladova münasibətim bəllidir, görkəmli aktyor kimi onun sənətini hər zaman qiymətləndirmişəm. Quruluşçu rejissor kimi hazırladığım “Hamlet”, “Şah Qacar”, “Afinalı Timon”, “Boy çiçəyi” tamaşalarımda Fuad Poladov baş rollarda iştirak edib.

Təvazökarlıqdan uzaq qəbul etməyin, bu tamaşalar həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu baxımından çox böyük maraqla qarşılanıb. Bunu teatrşünaslar da yazıb, sıravi tamaşaçılar da deyib. Bu mənim rejissor kimi Fuad Poladova münasibətim deməkdir. Yeri gəlmişkən, onu da deyim ki, “Afinalı Timon” tamaşasını mən Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım və bunu hələ illər əvvəl müsahibəmdə demişdim. Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə birgə çalışmaq istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm, fikrinə hörmətlə yanaşıram. Bu cür hadisələr yaradıcı mühitdə, teatrlarda tez-tez olur və mətbuatın bu məsələdə həssas olmasını, şou yaratmamasını arzu edirəm”.

Qeyd edək ki, xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verdiyini bildirib. O qeyd edib ki, bu gün teatrın səhnəsində “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası ilə son dəfə çıxış edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ