SON DƏQİQƏ

PressDent.Info

Daha 2 bank dollar satışını dayandırdı

Daha 2 bank dollar satışını dayandırdı
24-10-2016, 13:14 16530 dəfə baxılıb

Bu gün oktyabrın 24-də daha 2 bank dollar satışını dayandırıb. Fins.az-ın araşdırması göstərdi ki, “Azər-Türk bank” və Pakistan Milli Bankının Bakı filialı bu gün  xarici valyuta satışını dayandırıb. Amma bank rəsmiləri  dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, ötən həftənin son iş günü “Ekspresbank”  dollar satışını dayandırmışdı. Artıq bu gün bank 500  dollarlıq limitlə valyuta satışını bərpa edib.

Bundan başqa “Bank VTB (Azərbaycan)”  və “Naxçıvanbank” dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dallarlıq limitlə satır.

“Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.

Beləliklə, dollar satmayan  bankların sayı 5-ə çatıb .

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ