SON DƏQİQƏ

PressDent.Info

Penitensiar Xidmətdən təcridxanadakı “qiyam” xəbərinə reaksiya

Penitensiar Xidmətdən təcridxanadakı “qiyam” xəbərinə reaksiya
21-10-2016, 15:36 19662 dəfə baxılıb

“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanunazidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir”.

Bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir.

“Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında “Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”,-deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqların qiyam etməsilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ