SON DƏQİQƏ

PressDent.Info

Hökumətin saxta din sevgisi

Hökumətin saxta din sevgisi
13-10-2016, 21:25 11745 dəfə baxılıb

İslam həmrəyliyi, yoxsa islama qarşı həmrəylik?

Yəqin ki, tarix bu qədər saxtakar, riyakar, qeyri-səmimi hökumətə şahidlik etməyib. 23 ildir ki, YAP hakimiyyətinin bütün fəaliyyəti  “sözlə əməlin uyğun gəlməməsi” üzərində qurulub. Xalqa xidmətdən danışsalar da, xalqa xidmət etməmək siyasəti yürüdülür. İnkişafdan danışsalar da, ölkəni tənəzzülə aparmaq üçün bütün yollara əl atırlar. Qanunun aliliyindən, hüququn üstünlüyündən  söhbət etsələr də, hüquqsuzluq, qanunsuzluq dövlət siyasətinə çevrilib. Şəffaf seçki vədi versələr də, bütün seçkilər kobud şəkildə saxtalaşdırılır.  Uğurlu diplomatiya təbliğatı aparsalar da, 23 ildən sonra Qarabağ danışıqlarını uğursuzluqla nəticələndiriblər.

Bir sözlə, bütün danışdıqları, bütün təbliğatları yalana xidmət edib. Son dövrlər isə hökumətrin əsas arqumenti Multikulturalizm, tolerantlıq, islmaçılıq üzərində qurulub.  Belə ki, ölkə başçısı ailəsi ilə Səudiyyə Ərəbistanına getdi, namaz qıldı, dualar etdi, Kəbə evini dövr elədi. Azərbaycanda Heydər məscidi tikildi. Gələn il “İslam Həmrəyliyi Oyunları” keçiriləcək.  Telekanallar gecə-gündüz hökumətin islama sevgisindən, dini dözümlülüyündən, hökumət başçısının iman və etiqadından danışır.  Sanki, bütün hökumət komandası mömün və mömünələrdən ibarətdir.

Amma bu boyda  təbliğatın yalan və imitasiyadan ibarət olduğunu da gizlədə bilmirlər. Ölkənin tanımış ilahiyyatçıları qondarma ittihamlarla həbs olunub. “Nardaran işi” məhkəməsində dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, islamçılara ən ağır işgəncələr verilib, onları təhqir ediblər, məcburən müxalifət liderlərinə qarşı ifadə almaq istəyiblər. Hətta hökumətin imansızlığı, islam düşmənçiliyi o həddə çatıb ki, Aşura günündə Tale Bağırzadə və tərəfdaşları “kars”a salınıb. Bəli, bizim hökumətin tolerantlığına islam dini daxil deyil. Bizim hökumətimiz erməni soyqırımını tanımış Vatikana, Serbiyaya qarşı tolerantlıq göstərir. YAP hökuməti Roma Papasına hörmət etməyi, erməni kilsələrinə pulsuz qaz verməyi tolerantlıq hesab edir. Amma  islamçıları, islam dininin rituallarını yerinə yetirənləri cəzalandırmaqla məşğuldular.

Dünyanı “islamfobiya”da ittiham edən YAP hakimiyyəti, ən böyük “islamafob”dur. Hətta utanmadan müxalifətin razılaşdırılmış mitinqinə gələn dindarları “ekstimist”, “terrorçu” adlandırırlar.  Bir təfədən özlərini islam təəssübkeşi kimi göstərirlər, o biri tərfədə müxalifəti islamçılarla şantaj edirlər.

Bəli, islmamçılara qənim kəsilmiş rejim “İslam Həmrəyliyi Oyunları”na hazrılaşır. Əslində, həqiqi dindar, həqiqi Allah aşiqi, həqiqi ibadət əhli belə bir rejimin təşkil etdiyi tədbirdə iştirak etməz.  Çünki, hökumət din adı altında, tolerantlıq adı altında ən çirkin ssenariləri həyata keçirir.

“Nardaran hadisəsi Tale Bağırzadənin müraciətində dediyi kim kiçik bir Kərbəladı.  Aylardı bu insanlara qarşı bütün qeyri-insani hərəkətləri ediblər. Aşura günündə inanclı insanları “kars”a salmaq nə deməkdir? Hətta Gürcüstanda Aşura mərasimini yürüş formasında qeyd etməyə icazə veriblər.

Göründüyü kimi bu hökumət üçün heç bir müqəddəs dəyər qalmayıb. Bütün təbliğatları şəxsi maraqlara, hakimiyyəti         qoruyub saxlamağa və  daxili auditoriyanı aldatmağa yönəlib. Heç bir müsəlman ölkəsində ianclı insanlara qarşı belə divan tutulmur.  Milyardları mənimsəyənlər, sahibkarlara işgnəcə verənlər, Binəqədi yanğınında 15 insanın ölümünə səbəb olanlar azadlıqda gəzir, MTN işinin əsas günahkarları kef eləyir, günahsız dindarlar isə zindanlarda işgəncə görür.

Müxtəsər, hökumətin ilsam düşmənçiliyi, qeyri-tolerantlığı, imansızlığı o qədər şəffaf görünür ki, heç bir təbliğat bu riyakarlığın üstünü örtə  bilməz. Azərbaycan hökuməti islama qarşı həmrəylik nümayiş etdirir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ