SON DƏQİQƏ

PressDent.Info

Medallı baş redaktor niyə narahat olub?

Medallı baş redaktor niyə narahat olub?
16-08-2015, 00:37 21637 dəfə baxılıb

İndi görürəm ki, medallı baş redaktor yenə coşub. Və söyüş dağarcığının ağzını bir də açıb. Nədi-nədi, yazmışıq ki, ağzını təhqirlə açıb-bağlama, şər-böhtan danışma.Təhqir yazdıqca, şər atdıqca cəmiyyətin ən hörmətsiz adamlarının yanında yerin möhkəmlənir, qəzetin oxucularını itirir, saytını açıb-baxanlar azalır. Sözlərimiz adamın şəstinə dəyib. Nə deyə bilərik, görünür, söyüş söyə-söyə etibarhüseynovlaşması ona xoşdur...
 
Bir yığın söyüşün, bədduanın içinə bir-iki də skrinşot tullayıb gözə kül üfürməyə çalışıb ki, guya millət yatıb qalıb bunun saytında. Sayğacları günlük 50-60 min İP-dən ziyarətçilərinin olduğunu göstərir, amma ən çox oxunan günlük yazıları 10 min baxışı keçmir. Belə çıxır ki, bunun saytına daxil olanların 80-85%-i onu eləcə açıb-bağlayır.
 
Bizə şər ataraq, saytımızda yazıların oxunma sayını guya süni şəkildə artırdığımızı iddia edir. Özümüzə və oxucularımıza hörmətsizlik edib yalançıya öz üslublarında cavab vermək istəmirik. İddiası o qədər yalandır ki, ona doğruluq donu geyindirmək üçün öz saxtakarlığını açıb ifşa etməkdən də çəkinməyib. Söyüş yığınının oxunma sayını qaldırıb qoyub 200 mindən yuxarı. Hiss olunur ki, adam kimlərisə tirajının yüksək olduğuna inandırmaq qayğısındadır və o kimlərsə çox yuxarılarda əyləşib. Axı adamın dostu-sirdaşı Әli Həsənov bir dəfə ümumi xitabla bu hökumət saytlarının hamısına demişdi ki, çoxsaylı İP-ləri hansı saxta yollarla yığdıqlarını bilirlər. Amma bizə görə, adam elə də narahat olmalı deyil. Hər halda yaxasında ölkə başçısının medalını gəzdirir. Bundan sonra ona zaval olmalı deyil. Birca etibarhüseynovlaşma tempini də itirməsə...
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ