SON DƏQİQƏ

PressDent.Info

Abbas Abbasovun qardaşının ölkədən çıxışına qadağa qoyuldu, şirkəti məhkəməyə verildi

Abbas Abbasovun qardaşının ölkədən çıxışına qadağa qoyuldu, şirkəti məhkəməyə verildi
19-09-2016, 18:44 19401 dəfə baxılıb

Azərbaycanın Baş nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə vergi orqanlarından məlumat daxil olub.

Məlumata görə, Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa üç gün əvvəl, daha dəqiqi, sentyabr ayının 16-da qüvvəyə minib: “Vergilər Nazirliyinin bu addımı atmasının səbəbi isə Nadir Abbasovun vergi borcunu ödəməməsi ilə bağlıdır”.

Strateq.az-a verilən məlumatda vergi borcunun dəqiq məbləği göstərilməyib. Ancaq borcun təxminən 100 min manat civarında olduğu deyilir.

Onu da qeyd edək ki, Abbas Abbasovun qardaşı ilə bağlı xoşagəlməz xəbər təkcə bununla bitmir. Belə ki, Nadir Abbasovun sahibi və baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyət də məhkəməyə verilib.

Məhkəmədən Strateq.az-a verilən məlumata görə, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Nadir Aydın oğlu Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə Nadir Abbasovun illər əvvəl bağlanan müqavilə və onun şərtlərinə əməl eləməməsidir:

“Bu üzdən “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, bağlanmış müqaviləyə xitam verilməsini tələb edib. İşə Nəsimi rayon Məhkəməsindən ta Ali Məhkəməyə qədər baxılıb. Bu yaxınlarda isə Ali Məhkəmə şikayəti yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıb”.

Hazırda həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun icraatında baxışa qəbul olunub.

Məlumata görə, sabah saat 17.00-da hakim iş üzrə prosesə start verəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ