SON DƏQİQƏ

PressDent.Info

Saxlanılan jurnalist açıqlama verdi.

Saxlanılan jurnalist açıqlama verdi.
25-05-2016, 22:47 47328 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, jurnalist Aytən İmanova bir neçə gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmış, mühacirətdə olan nişanlısı Rəsul Mürsəlov haqqında sorğuya çəkilmişdi. Bu haqda mətbuatda geniş məlumat yayılmamış, olayın ictimailəşməsinin qarşısı alınmışdı.

 

A.İmanovanın yaxınlarının verdiyi məlumata görə saxlanılmasının ictimailəşdirilməməsi məsələsi öz istəyidir. Səbəbini isə, olayın ictimailəşməsi nəticəsində hakimiyyətin basqılarının genişlənəcəyi şübhəsidir.

 

Hazırda xanım İmanovanın ölkəni tərk etdiyi məlumatı var. Bu səbəbdən onun sosial şəbəkədəki adresi və e-mail adresi üzərindən əlaqə saxlamağa çalışdıq.

 

Nəhayət bu gün xanım İmanova sorğumuza cavab verdi və qısa müsahibəyə razılığını bildirdi.

 

 

Olayı təfsilatı ilə danışmasını rica etməyimizə cavabında “Məni Avropaya, xüsusilə Niderland Krallığına tez-tez gedib gəlməkdə, orada nişanlım olmuş, hazırda isə həyat yoldaşım olan Rəsul Mürsəlova və beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə sənədlər daşımaqda ittiham edirdilər. Mənə Cinayət Məcəlləsinin 274 cü (dövlətə xəyanət, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə..) maddəsi ilə cinayət işi açacaqlarını bildirdilər. Hansı ki, həmin maddə üzrə həyat yoldaşım Rəsul Mürsəlov təqsirli bilinib” deyə xanım İmanova bildirdi.

Daha sonra isə ölkə xaricində olduğunu və dönməyəcəyini də əlavə etdi.

Pressdent.İnfo
İnformasiya Şöbəsi

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ