SON DƏQİQƏ

PressDent.Info

Rüfət Səfərov məhkəmə zalında həbs olunub, ona 9 il iş verilib

Rüfət Səfərov məhkəmə zalında həbs olunub, ona 9 il iş verilib
8-09-2016, 23:55 21054 dəfə baxılıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
 
Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.
 
Hakim isə bunu prosesi qəsdən uzatmaq istəyi kimi qiymətləndirib.
 
Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.
 
Daha sonra prosesdə çıxış üçün R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.
 
Məhkəmə vəsatəti təmin etməyib, ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib.
 
Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.
 
Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R. Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
 
R. Səfərov məhkəmə zalında həbs olunub.
 
Xatırladaq ki, prokuror məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi (APA)
 
rufet seferov mehkeme zalinda hebs olunub ona 9 il is verilib yenilenib
 
rufet seferov mehkeme zalinda hebs olunub ona 9 il is verilib yenilenib

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ