SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda kazino açılacaqmı?

Azərbaycanda kazino açılacaqmı?
18-05-2016, 15:41 32973 dəfə baxılıb

“Müxtəlif ölkələrdə kazinolaradan istifadə edirlər və ondan gəlirlər əldə edilir. Bəziləri elə fikirləşir ki, vergi ilə bağlı qərarları Vergilər Nazirliyi qəbul edir. Amma biz icraedici orqanıq”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda kazinoların açıqlması ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, əslində bu məsələyə şərh vermək istəmir: “Şəxsən mən özüm kazinoların açılmasının tərəfdarı deyiləm. İndi kim necə qərar qəbul edəcəksə, bunu deyə bilmərəm”.

Turizm sahəsinin vergidən azad olunmasına gəlincə isə nazir müavini qeyd edib ki, bu gün Azərbaycan böyük turizm ölkəsinə çevrilmək ərəfəsindədir: “Ölkədə turizmin inkişafı üçün gözəl infrastruktur yaradılıb. Novruz Bayramında da Azərbaycana turistlərin kütləvi axını oldu. Heç bu qədər axına hazır deyildik. Əgər turizm sahəsinin vergidən azad olunması məsələsi qoyularsa, buna baxıla bilər. Dövlətin sosial iqtisadi siyasəti bunu tələb edirsə, baxmaq olar. Amma bu gün ən böyük otellər belə gəlirsiz işləyir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ