SON DƏQİQƏ

PressDent.Info

Natiq Cəfərli əfv ərizəsi ilə bağlı ittihamlara cavab verdi

Natiq Cəfərli əfv ərizəsi ilə bağlı ittihamlara cavab verdi
15-08-2015, 15:59 30835 dəfə baxılıb

REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanada ona təzyiqlər olunduğu və ölkə başçısına əfv ərzisəi yazmaq üçün məcbur edildiyi barədə ictimaiyyəti məlumatlandırıb.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov isə açıqlamasında  REAL Hərəkatının sədri İlqar Məmmədovun 2014-cü il, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevə əfv xahişi ilə rəsmən müraciət etdiyini bildirib. O əlavə edib ki, bu sənəd onun şəxsi işində də var və İlqar Məmmədov əfv üçün artıq müraciət edibsə, onu dövlət başçısına ikinci dəfə əfv ərizəsi yazmağa məcbur etmək lazımsız bir işdir. 
 
Məsələ ilə əlaqədar  REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirdi ki, Yaşar İsakovun söylədikləri məntiqdən kənar sözlərdir: "Əvvəla, Penitensiar Xidmətin qeyri-peşəkar açıqlamasında deyilir ki, İlqar Məmmədov heç kimə lazım deyil. İlqar Məmmədov ilk növbədə ailəsinə, sonra dostlarına, rəhbəri olduğu REAL Hərəkatına və nəhayət, ölkəmizdə Cümhuriyyətin bərqərar olmasını istəyən hər bir vətəndaşımıza lazımdır. Penitensiar Xidmətdən verilen açıqlama isə yersizdir. Çünki 2014-cü ildə onları təmin edən belə bir yazı olsaydı, çoxdan yayardılar. Onların dediyi zamandan bəri İlqara bəyə dəfələrlə əfv yazmaqla bağlı təkliflər, təkidlər olub. Əgər belə bir yazı var idisə, niyə təkidlə müraciət edirdilər?!"
FaktXəbər

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ