SON DƏQİQƏ

PressDent.Info

Əvəz Zeynallı Rauf Arifoğlu ilə “Qaynar Qazan”da – VİDEO, FOTO

Əvəz Zeynallı Rauf Arifoğlu ilə “Qaynar Qazan”da – VİDEO, FOTO
14-08-2015, 22:49 32750 dəfə baxılıb

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan”a hadisə sayıla biləcək açıqlamalar verib

 

Rauf Arifoğlu 1988-ci ildən indiyə kimi Azərbaycan müxalifətinin zirvələrinə qədər yol açan “Rus izi”ndən, müxalifətin əsas mərkəzlərindəki Rusiya təsirindən, AXCP-nin ona qarşı münasibətindən və Əli Kərimli ilə, AXCP elektoratı ilə aralarndakı qarşıdurmalardan, ölkədə siyasi müxalifətin sıradan çıxmasından, dövlət başçısı İlham Əliyevin onu “Əməkdar Jurnalist” adına təltif etməsindən və bu təltifdən sonra baş verən diskussiyalardan, azad mətbuatın qarşılaşdığı problemlərdən, öldürülən jurnalist Rasim Əliyevdən və medianın başına açılan digər oyunlardan danışıb.
“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Qaynar Qazan”da Əvəz Zeynallıya nələrdən danışmayıb ki:
 
“Narahatdırlar ki, onların yerlərini tutaram…
Prezidentin “Əməkdar Jurnalist” adını şəxsən təqdim edəcəyini bilmirdim…
Putinlə mənim ortaq dostum İlham Rəhimovdur…
İlham Əliyev mənə etdiyi jestlə müxalifərin bəzi dairələrini məğlub etdi…
Qənimətin evində Əli Kərimliyə dedim ki…
İlham Əliyev haqqında fikirlərim dəyişdi…
Mükafatları heç sevmirəm, amma…
İsa Qəmbər açıqlamanı o cür verməməli idi…
Mən gözləyirdim İsa Qəmbər desin ki…
Prezidentlə şəkil çəkdirmək üçün özlərini irəli soxanlar vardı…”
Müsahibə nəzərdə tutulan zamanı keçdi və 1 saat 20 dəqiqədən çox sürdü. Əvəz Zeynallı bir gün əvvəl FB səhifəsindəki statusunda elan etdiyi – Rauf Arifoğluna ünvanlanan sualların bir çoxuna cavab aldı.
 
Əvvəlcə müsahibəni iki hissəyə bölməyi və o cür yayımlamağı düşünsək də, müsahibənin çox maraqlı alındığını nəzərə alıb, onu tam olaraq yayımlamağı qərarlaşdırdıq.
Əminik ki, Oxucularımız üçün çox maraqlı olacaq.

 
DSC09254
DSC09246
DSC09248
DSC09241
DSC09250

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ