SON DƏQİQƏ

PressDent.Info

Ötən il 24 mindən çox şəxs Azərbaycandan çıxarılıb

Ötən il 24 mindən çox şəxs Azərbaycandan çıxarılıb
7-03-2016, 16:09 26361 dəfə baxılıb

Azərbaycanda ötən il ərzində 24 330 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkədən xaric edilib, onlardan 19 340 nəfəri 48 saat vaxt verilməklə ölkədən çıxarılıb.
 
Bu barədə  Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında bildirilib.
 
Buna səbəb həmin şəxslərin ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl etməməsi, habelə etibarsız sənədlərlə yaşama qaydalarını pozmaları olub. Hesabatda o da bildirilir ki, ötən il ərzində 2039 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin əsas olduğu üçün ölkə ərazisində yaşaması leqallaşdırılıb. Ümumilikdə ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 120 103 nəfərdir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ