10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Xalqxeber.Az-ın 4 yaşı tamam olur
Martın 7-də Xalqxeber.Az saytının 3 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Kərbəlayi Peyman Sadıqovun rəhbərlik etdiyi sayt artıq təkcə dindar kəsimin deyil, bütövlükdə cəmiyyətin xəbər tələbatını qarşılamağa iddialı bir sayta çevrilib.
2012-ci ildə başlayanda peşəkarlardan ibarət komandası olmayan Xalqxeber.Az indi peşəkar xəbər portalları ilə bir sıradadır. Xalqxeber.Az-ın qurucusu və baş redaktoru Peyman Sadıqov deyir ki, sayt cəmiyyətdə, mediada boşluq olan dövrdə meydana çıxıb: “Hər şey elə Allahın izni ilə başladı”. Bu gün artıq 3 il keçib və biz bu ötən müddətlə bağlı təhlillər aparırdıq. Sual elə bu idi: bu, necə oldu meydana çıxdı? Yaxşı xatırlayıram, 2012-ci ilin bir repressiv ab-havası vardı. Kərbəlayi Peyman deyir ki, Xalqxeber.Az yaranan zaman ölkədə xüsusən də dindar kəsimin problemlərini gündəmə gətirən, işıqlandıran media orqanı çox az idi: “Olan xəbər resursları bir tərəfdən inanclı insanların qayğılarını, vəziyyətini tam hiss etmir, bundan əlavə olaraq gerçəkdən ölkədə olan çoxsaylı problemlərin içində inanclıların məsələsi mühüm məsələlərin biri və ya neçəncisi kimi ortaya qoyulurdu. Belə bir dönəmdə Xalqxeber.Az-ın meydana çıxması gündəmə gəldi. Yeni bir xəbər resursunu meydana çıxarmaq qərarına gəldik. Peyman Sadıqov “Xalqxeber.Az”ın sosial problemi olan insanların müraciət etdiyi bir mərkəzə çevrildiyi qənaətindədir. Baş redaktor başqa layihələrinin, internet TV yaradılması və inkişafı kimi planların olduğunu deyir: “Xalqxeber.Az bu ölkədə dəyərlərə sahib olan hər kəsin tribunasına çevrildi. Bu gün artıq on minlərlə izləyicimiz, xitab etdiyimiz insanlar var. Qısa desək, Xalqxeber.Az hər bir problemi olan insanın gün ərzində bir neçə dəfə baş vurmalı olduğu bir internet resursuna çevrilib. Digər portallardan fərqli olaraq reklam bazamız yoxdur. Biz bununla göstərdik ki, populyarlıq heç də özünü sosial şəbəkələrdə reklam etməkdən keçmir. Artıq bu gün Xalqxeber.Az-ın xəbər istehsal edən, toplayan yaradıcı kollektivi var. Halal, doğru, Allahın bəyəndiyi yolla gedirik. Bu həm də Xalqxeber.Az-da çalışan insanların bu işə bir bəndəlik vəzifəsi kimi baxmasından asılı oldu”.