SON DƏQİQƏ

PressDent.Info

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
28-02-2016, 21:30 20706 dəfə baxılıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək,  gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
 
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ