SON DƏQİQƏ

PressDent.Info

Hava şəraiti dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ
18-02-2016, 00:01 23838 dəfə baxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
 
Fevralın 18-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
 
Fevralın 18-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ