SON DƏQİQƏ

PressDent.Info

Sürücülər üçün yeni qaydalar gəlir

Sürücülər üçün yeni qaydalar gəlir
15-01-2016, 18:35 36453 dəfə baxılıb

Sürücülük vəsiqəsi, etibarnamə və qeydiyyat şəhadətnaməsi  üzərində olmayan sürücüləri cərimələmək üçün yeni qaydalar tətbiq edilə bilər. 
 
İctimaiyyətdə son günlər müzakirə edilən bu məsələ ilə bağlı musavat.com-a danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yeni qaydalar barəsində aşağıdakıları bildirib:
 
“Yeni qaydaların nədən ibarət olacağını söyləyə bilmərəm. Deyilən məsələlər yeni İnzibati Xətalar Məcəlləsi ilə bağlıdır. Bu isə hələ ki, Milli Məclisdə müzakirədədir. Nə zaman qanun qəbul edilər və bu qanuni şəkildə qüvvəyə minər, o zamana açıqlama verə bilərik. Hələ ki bununla bağlı dəqiq tarix bəlli deyil”. 
 
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, həmin sənədlər sürücünün üzərində olmadıqda onlara 3 saat vaxt verilir. 
 
Həmin müddət ərzində sənədlər gətirilərək polisə təqdim edildikdə avtomobil cərimə meydançasına aparılmır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə bu güzəşt aradan qaldırılması gözlənilir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ