SON DƏQİQƏ

PressDent.Info

Cəbrayılın icra başçısı vətəndaşı təhqir edib - VİDEO

Cəbrayılın icra başçısı vətəndaşı təhqir edib - VİDEO
14-01-2016, 18:33 92481 dəfə baxılıb

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev vətəndaşı təhqir edib.
 
Sosial şəbəkələrdə yayılan videoda Mahmud Quliyevin olduğu deyilən səs eşidilir.
 
İcra başçısı ondan iş istəyən vətəndaşa "get öl" deyib, çığırır. Vətəndaşın təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir.
 
Daha sonra M. Quliyevin polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verdiyi eşidilir.   
 
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev isə modern.az-a açıqlamasında bildirib ki, icra başçısı təmkinli olmalıydı.
 
“Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqiri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürməlidirlər ”.
 
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev də sosial şəbəkədə yayılmış videosundan danışıb.
 
İcra başçısı açıqlamasında həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə “köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar. Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir olmayıb”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ