SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Hava şəraiti ilə əlaqədar "Azərsu" gücləndirilmiş iş rejiminə keçib

Hava şəraiti ilə əlaqədar
3-01-2016, 18:12 35844 dəfə baxılıb

"Əməkdaşlarımız hazırda gücləndirilmiş iş rejimi ilə çalışır və havanın şaxtalı olmasına baxmayaraq abonentlərə suyun verilməsində hər hansı ciddi problem qeydə alınmayıb". Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
Onun sözlərinə görə, "Azərsu"nun əməkdaşları növbətçilik sistemində çalışır: "Bayram günlərində baş idarə də daxil olmaqla bütün yerli strukturlarımızda növbətçilik sistemi tətbiq edilib. Səhər saat 9:00-dan 21:00-a qədər bir növbə, 21:00-dan səhər 9:00-a qədər isə digər qrup əməkdaşlarımız növbə çəkir. Bayram günlərində metreoloqları və Müştəri Xidmətinin əməkdaşlarını növbəliliklə işə cəlb etmişik ki, sayğaclarda və ödəmələrdə, eləcə də smart sayğacların kartlarının verilməsində yarana biləcək hansısa problem tez aradan qaldırılsın".
 
"Azərsu" rəsmisinin sözlərinə görə, ötən bir sutkada "955" Zəng Mərkəzinə 729 müraciət daxil olub: "Bunların 5-i Şirvan, 1-i Gəncə və 20-i Sumqayıt olmaqla ümumilikdə 26-ı regionlardan edilən müraciətlərdir. Digərləri isə Bakı və Abşerondan daxil olub. Bu müraciətlərdən 97-si su-kanalizasiya xəttlərində tutulmalarla, 20-i smart kartların yüklənməməsi, 48-i smart sayğacların işləməməsi, 20-si "Azərsu" ASC-nin tabeli qurumlarının nömrələrinin əldə edilməsi, 2-si borcla, və s. bağlı olub. Zəng Mərkəzinin dispetçerləri bu gün saat 00:00-dan 12:20-yə qədər 288 müraciət qəbul edib".
 
Hazırda abonentlərin içməli su ilə təminatında heç bir problem olmadığını deyən A.Cəbrayıllı Zabrat qəsəbəsindəki xəttə yaranan nasazlığın da tezliklə aradan qaldırılacağını qeyd edib: ""Zabrat-1" deyilən ərazidə 250 mm-lik xəttimizdə təmir işləri gedir, yaxın bir neçə saatda işləri başa çatdırıb təhvil verməyi planlaşdırırıq".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ