SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

PressDent.Info

"Stansiya Sumqayıt" sakinləri "Azəriqaz"ın əlindən fəryad edirlər

3-01-2016, 18:11 30276 dəfə baxılıb

Son günlər hava şəraitinin kəskin soyuması əhaliyə kommunal xidmət göstərən idarələrin faydalı iş əmsalının hansı səviyyədə olduğunu bir daha ortaya qoymuş oldu.

Paytaxt Bakını çıxmaq şərtilə, əhalini, xüsusilə enerji sahəsində təmin edən adiyatı qurumların fəaliyyəti acınacaqlı durumdadır. Sakinlərin bildirdiyinə görə, Bakı və Sumqayıt ətrafında kənd və yaşayış məntəqələrində əhalini işıq və qazla təmin etməkdə ciddi qüsurlar mövcuddur.

Azacıq hava şəraitin soyuması və ya küləyin əsməsi deyilən regionlarda işıqların söndürülməsi və qazların kəsilməsi və ya tamamilə azaldılması üçün bəhanə yaratmağa kifayət edir. "Qaynar xətt"ə zəng edəndə isə telefonu ya kimsə götürmür, ya da hər dəfə sanki əzbərləmiş olaraq, “xəttlər dəyişir, təmir gedir” kimi ifadələr eşidilir. Ancaq “Azərişıq”ın durumu bütün bunlara rəğmən, necə deyərlər “Azəriqaz”ın yanında pirə getməlidir.

Sakinlərin bildirdiyinə görə, paytaxtdan kənardakı bəzi yaşayış məntəqələrində, xüsusilə sayğacları olan yaşayış massivlərində, “Azəriqaz” əhaliyə qaz verir, amma verməmiş saymaq olar. Yəni “Azəriqaz” and içməyə qalxsa, haqlı çıxacaq, ancaq əhali közərən və bəzən verilən qazın olduqca aşağı olmasından sönən qaza olan ümmidlərini demək olar ki, tamamilə itirməkdədirlər.

Yəni “Azəriqaz” və digər qurumlara əhaliyə yetərincə enerji ilə təmin etmək üçün nəzarət sistemi yoxdurmu? Niyə havalar azacıq soyuyan kimi “Stansiya Sumqayıt” adlanan yaşayış massivinin sakinləri soyuqdan donmaları barədə fəryad edirlər? Sakinlər bildirirlər ki, idarə rəsmiləri onlara birdəfəlik, "daha bizə ümid bəsləməyin, gedin başınıza çarə tapın" desələr, özləri çarə qılarlar, qış gəlməmiş, odun və digər vasitələrdən istifadə etmək üçün çıxış yolu taparlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ