SON DƏQİQƏ

PressDent.Info

Hakimiyyət ABŞ-la yeni qarşıdurmaya gedir

Hakimiyyət ABŞ-la yeni qarşıdurmaya gedir
14-10-2015, 23:47 24300 dəfə baxılıb

Gültəkin Hacıbəyli: «Senatorların Xədicə Ismayıl və Leyla Yunusa azadlıq tələbi çox ciddi siyasi iradə ifadəsidir»

Xəbər verdiyimiz kimi ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə Ismayılovanın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici Işlər Komitəsinə təqdim edib.

Qətnamənin təşəbbüsçüsü senator Kelli Ayotdur. Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəkənir.

“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır” – qətnamədə deyilir.

Maraqlıdır ki, belə bir addım ABŞ dövlət katibinin keçmiş köməkçisi, “Freedom House”un keçmiş rəhbəri, hazırda isə ABŞ Beynəlxalq Makkeyn Institutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramerin açıqlamasından dərhal sonra baş verir. Xatırladaq ki, D.Kramer müsahibəsində vurğulamışdı ki, Senat və Konqressdə Azərbaycana qarşı münasibət kəskin dəyişib və bu dəyişən münasibət ölkəmizə qarşı sanksiyaların tətbiqində özünü göstərə bilər.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, əslində D.Kramerin müsahibəsində Azərbaycan hakimiyyətinin repressiv siyasətdən imtina etməyəcəyi təqdirdə hansı addımlarla üzləşə biləcəyini açıq formada ifadə edib. D.Kramerin fikirlərinin təkcə onun mövqeyini ifadə etmədiyini deyən G.Hacıbəyli vurğuladı ki, Amerika siyasi dairələri Azərbaycan hakimiyyətinə mesajlarını bu yol ilə ünvanlayırlar: “Bir qayda olaraq bu cür rəsmilərin səsləndirdiyi fikirlərə bir müddət sonra Senat, Konqress və ya Dövlət Departamenti səviyyəsində dəstək gəlir. Senatorların Xədicə Ismayıl və Leyla Yunusa azadlıq tələbi çox ciddi siyasi iradə ifadəsidir. Düşünürəm ki, bu iradə ifadəsinin arxasınca Devid Kramerin dediyi ciddi addımlar gəlir”.

G.Hacıbəyli vurğuladı ki, nəticəsi bəlli olan seçkilərdən sonra ABŞ tərəfindən də müəyyən addımların atılması gözlənilir. Bu baxımdan G.Hacıbəyli hesab edir ki, Azərbaycana qarşı siyasi sanksiyalar gündəmdəir. “Azərbaycanda siyasi məhbus problemi, xüsusilə də xanım siyasi məhbuslar Leyla Yunus və Xədicə Ismayıl problemi həll edilməyincə, Azərbaycan hakimiyyətinə qarşı artıq konkret addımların atılması reallığa çevriləcək”, deyə G.Hacıbəyli vurğuladı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ