SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda taksi fəaliyyətinə görə şərtlər sərtləşdirilir

Azərbaycanda taksi fəaliyyətinə görə şərtlər sərtləşdirilir
22-09-2015, 20:00 19679 dəfə baxılıb

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-dən Trend-ə verilən mlumata görə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir.
 
Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsindən sərbəst istifadə edə bilərlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ