SON DƏQİQƏ

PressDent.Info

Hamının səbirsizliklə gözlədiyi ZƏRF Milli Məclisə gətirildi

Hamının səbirsizliklə gözlədiyi ZƏRF Milli Məclisə gətirildi
19-09-2015, 18:17 21793 dəfə baxılıb

Yaxın müddətdə büdcə zərfi əvvəlcə İqtisadi siyasət komitəsinin digər komitələrlə birgə iclaslarında müzakirə olunacaq, tövsiyyə olunduğu təqdirdə isə plenar iclasda müzakirəyə çıxarılacaq.
 
Gələn həftənin əvvəlində deputatlara paylanacaq büdcə zərfinin parlament seçkilərinə qədər müzakirəyə çıxarılacağı gözlənilir.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ