SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

​“Seçkilərin demokratik keçiriləcəyinə ümid etmirik”

​“Seçkilərin demokratik keçiriləcəyinə ümid etmirik”
28-08-2015, 00:58 46926 dəfə baxılıb

Həsərət Rüstəmov: “Ölkədə seçkilərə nəzarət etməli olan ictimai sektor elə bir vəziyyətə salınıb ki…”

“Mehriban xanımın istənilən dairədən öz nüfuzu ilə belə, səs qazanmaq imkanı var”

“Biz seçkilərdə Azərbaycan xalqını demokratiya istiqamətində bir addım da olsun irəliyə aparmağa çalışacağıq”

Iki gün öncə Azərbaycan Demokrat Partiyası (ADP) noyabrda keçirilməsi planlaşdırılan Milli Məclisə seçkilərdə iştirak edəcək namizədlərin ilkin siyahısını açıqlayıb. Partiyanın Mərkəzi Seçki Qərargahı qərara alıb ki, 05 sentyabr 2015-ci ildə partiyanın Ali Məclisinin iclası keçirilsin və seçkilərlə bağlı məsələlər müzakirəyə çıxarılsın. ADP sədrinin birinci müavini Həsrət Rüstəmovla söhbətimizdə də ilk olaraq Məclisin gözlənilən qərarı və partiyanın ilkin siyahısının genişlənib-genişlənməyəcəyinə aydınlıq gətirməyə çalışdıq:
-Öncə onu deyim ki, əvvəlcədən ADP-nin seçkilərdə iştirak edəcəyi bəlli idi. Çünki partiyanın 2007-ci ildə keçirilən qurultayında kurs dəyişikliyindən sonra seçkilərdə iştirak bizim əsas vəzifəmizdən biri kimi qəbul olundu. Ona görə də istənilən halda seçkilərdən kənarda durmağı düzgün hesab etmirik. Bu baxımdan çox güman ki, partiyanın İdarə Heyətinin seçkidə iştirak qərarı Məclisdə də təsdiq olunacaq. Çünki Məclis heyəti həmin o kursun formalaşmasına səs vermiş insanlardır.
Sadəcə, son günlərədək seçkilərdə hansı formada iştirak məsələsi açıq qalırdı. Biz ADP olaraq həmişə müxalifətin koalisiya şəklində seçkilərdə iştirakının tərəfdarı olmuşuq. Son dövrlərə qədər də cəhd etdik ki, müxalifətin koalisiyası alınsın. Əvvəla mümkün qədər böyük, yəni elə bir koalisiya ki, müxalifət namizədlərinin kim olmasından asılı olmayaraq, bu koalisiya xalqı seçkilərə gətirə və seçkini qazana bilsin. Bu alınmayacağı təqdirdə mümkün bir koalisiya yaratmağı, ən azı “Qarabağ” Siyasi Blokunu “Qarabağ” Seçki Blokuna çevirəcəyimizi güman edirdik. Hətta seçkilərə yaxın müddətdə müəyyən danışıqlar da olmuşdu. Müəyyən fikirlər, ideyalar vardı ki, həmin koalisiyaya əlavə partiyalar da qoşula bilər. Təəssüf ki, ADP-nin səylərinə baxmayaraq, bu koalisiya alınamdı. Nəhayət bizim seçkilərə tək getmək qərarımız ortaya çıxdı. İstənilən halda mən hesab edirəm ki, seçkiyə tək getmək qərarının da müəyyən üstünlükləri var. Ona görə də bundan o qədər də narahat, nigaran deyilik. Əgər müxalifətin böyük koalisiyası alınmırsa, onda tək iştirak etmək də əsas variantlardan biridir.
– Deyirsiniz ki, müxalifətin geniş koalisiyasının alınmasına cəhd etmisiniz. Bu haqda konkret hansı partiyalara müraciət olunub? Və bundan sonra koalisiya mövzusunu artıq bitmiş hesab etmək olar?
-Bəri başdan deyim ki, bu məsələ artıq bitmiş hesab olunur. Çünki partiyanın İdarə Heyətinin seçkilərdə tək işitirak etmək haqda qərarı var. Seçkilərə də çox qalmayıb, bu gün-sabah start veriləcək. Ona görə də bu məsələ artıq bitmiş sayıla bilər.
O ki qaldı hansı partiyalara müraciət olunub, bu barədə mətbuata heç nə demək istəmirəm. Çünki, əvvəla o danışıqları mən aparmamışam, partiyanın rəhbəri aparıb. İkincisi, bu danışıqlar mətbuata açıqlanacaq mərhələyə qədər davam etdirilməyib. Ona görə də bu barədə açıqlama vermək qeyri-etik olaradı. Amma mən dəqiq bilirəm ki, belə cəhdlər olub və bu cəhdlərin səmərə verməməsinin səbəbkarı biz deyilik. Buna daha çox mövcud situasiya, müxtəlif partiyalarda olan problemlər, o cümlədən də bir çox partiyanın öz şəxsi maraqlarını daha üstün tutması səbəb olub. Bilirsiniz ki, parlament seçkilərində əsas mübahisə mövzusu hansı dairədən kimin namizədliyini irəli sürməsi məsələsidir. Bilirsiniz ki, Azərbaycanda parlament üzvlərinin sayı azdır və həm iqtidar, həm də müxalifət tərəfdən bu saydan qat-qat çox seçkilərdə deputat olmağa iddia edən insan var. Və bu yarış president seçkilərindən də gərgin əmək tələb edir. Açığı, kimlərsə öz maraqlarından geri durmalıdır ki, koalisiya mümkün olsun. Təəssüf ki, çox halda biz buna nail ola bilmirik. Hətta ən uğurlu koalisiyalarımızın olduğu dövrdə belə, bu, çox çətinliklə və gərgin əmək sərf etməklə başa gəlib. Ona görə də indi belə vəziyyətlə üz-üzə durmuşuk.
-ADP-nin parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısında 15 nəfərin adı yer alır. Bu siyahının genişlənəcəyi gözlənilir?
- Əvvəla, bizim onsuz da parlamentin yarıdan çoxunu, yaxud da bütün parlementi götürmək niyyətimiz yoxdur, belə bir məqsəd qarşımızda durmayıb. Və mövcud situasiya partiyanın vəziyyətinə də uyğun deyil. Yəni bizim qarşımıza qoyduğumuz ilk məqsəd parlamentdə partiyanın təmsil olunmasıdır. İkinci məqsəd mümkün qədər çox sayda deputatla təmsil olunmaqdır. Yəni 3 nəfər, 5 nəfər, 10 nəfər… sayla bağlı ayrıca iddiamız yoxdur. Yəni birinci növbədə təmsil olunma, ikincisi isə daha çox təmsil olunma. İndiki halda da bunu təkbaşına koalisyadan daha rahat edə bilərik. Eyni zamanda, partiyanın əsas işini daha güclü və çox şansı olan namizədin üzərində fokuslaşdırmaqla daha yaxşı nəticə əldə edə bilərik. Koalisiya olsaydı, onda bizim partiyanın imkanlarının bir hissəsi həmin koalisiyanın üzvlərinin kampaniyalarına cəlb olunmalı idi. Odur ki, bəlkə də bu, situasiyaya uyğun bir qərar idi. Amma bu qərarın bu cür olmasını biz istəmirdik. Biz daha çox koalisiyanın olmasını istəyirdik.
İndiki halda isə güman edirəm ki, partiya ən azı 30-35 namizədlə bu seçkilərə qatılacaq. Hələlik açıqladığımız 15 namizəd əsasən partiyanın rəhbərliyinə daxil olan şəxslərdir. Regionlarda da bizim namizədlərimiz var. Ola bilsin ki, bitərəflərdən də bizim partiyanın siyashısı ilə getmək istəyənlər olsun. Müraciətlər var, hazırda baxılma mərhələsindədir. Biz ümumilikdə 125 dairədə yox, həmin o 30-35 dairədə partiyanın gücünü səfərbər etməyə çalışacağıq ki, namizədlərimiz qalib gələ bilsin.
-“Qarabağ” Siyasi Blokunun seçki blokuna çevrilməməsinin başlıca səbəbi nə oldu? 
- “Qarabağ” blokunun Seçki Blokuna çevrilməməsinin səbəbi Ümid Partiyasının ADP-dən kənarda müttəfiqlər axtarışına çıxması oldu. Əvvəl bizə bəlli olmasa da, sonradan belə anlaşıldı ki, “125-lər” İqbal bəyin proyektidir. Koalisiyanın alınmamasının ən başlıca səbəblərindən də biri o oldu ki, biz hələ seçki haqqında öz fikirlərimizi onlarla bölüşmədən və yaxud onlar bizim fikrimizi soruşmadan öz namizədlərini hansısa dairələrdə elan etdilər. Hansı ki, bu dairələrin bir çoxu bizim əsas namizədlərin, xüsusilə də Sərdar bəyin və digər partiya rəhbərlərinin dairələri ilə üst-üstə düşürdü. Bu, ona gətirib çıxardı ki, biz onlara seçkiyə ayrılıqda getməyi təklif etdik, onlar da dərhal qəbul etdilər.
Əslində, “125-lər” elan olunanda biz buna o qədər də ciddi yanaşmadıq. Hesab edirdik ki, Ümid Partiyası daha çox ADP ilə bir blokda seçkiyə getməkdə maraqlı olacaq. Özlərinin də davranışları bunu deməyə əsasə verirdi. Lakin görünür, hesablamalarımız o qədər də dəqiq olmayıb. Siyasətdə belə şeylər olur, ona görə də bizi o qədər də narahat etmir.
-Hazırda seçkilərə hazırlaşırsınız, namizədlərin siyashısı müəyyən olunur və s. Bəs parlament seçkilərinin demokratik keçiriləcəyinə inanırsınız?
- Son 10 ildə keçirilən seçkilərin nəticələrini və seçki dövründəki təcrübəmizi nəzərə alsaq, demokratiya haqqında danışmaq belə yersizdir. Çünki son 10 ildə Azərbaycanda azad, ədalətli və demokratik seçkilər keçiriləməyib. Bundan əvvəlki illər artıq tarixdir, onlara toxunmaq istəmirəm. Son parlament seçkiləri də, prezident seçkiləri də, bələdiyyə seçkiləri də çoxlu qanun pozuntuları, hüquq pozuntuları, ədalətsizlik, qeyri-azad şəkildə həyata keçirilib. Ona görə də bu barədə danışmaq yersiz olar. Və bu seçkilərin də demokratik keçiriləcəyi ilə bağlı ümidimiz yoxdur. Baxmayaraq ki, seçki başlamaq ərəfəsindədir, xarici müşahidə missiyalarının fəaliyyəti ilə bağlı məlumat yoxdur. Eyni zamanda, ölkədə seçkilərə nəzarət etməli olan ictimai sektor elə bir vəziyyətə salınıb ki… Yəqin ki, ictimai nəzarət əvvəlki seçkilərdən qat-qat zəif olacaq. Hərçənd ki, əvvəllər də elə ciddi nəzarət olmayıb, bütün ölkəni əhatə etməyib. O cümlədən, nə də ölkədəki səfirliklər seçki ilə bağlı nikbin bəyanatlar vermirlər. Beynəlxalq, regional vəziyyət də Azərbaycanda əvvəlki illərdən fərqli olaraq xüsusi dərəcədə fərqli bir seçkinin keçiriləcəyini göstərmir. Bütün bunlara baxamayaraq, biz Azərbaycan hakimiyyətini bir daha çağırırıq ki, seçkiləri mümkün qədər azad və ədalətli keçirin. Bu, təkcə Azərbaycan dövlətinin, müxalifətin və xalqın maraqlarına deyil, eyni zamanda hökumətin də maraqlarına cavab verir. Parlament seçkiləri yeganə seçkilərdir ki, hökumət istəsə onu demokratik keçirə bilər. Çünki Azərbaycanda parlamentarizmin siyasi idarəetmədə konstitusional olaraq rolu məhdudlaşdırılıb. Yəni böyük bir rola malik deyil. Siyasi islahatlara məhz bu qurumdan başlamaq həm hakimiyyət, həm də xalq üçün ən doğru addım olar. Yənu siyasi islahatlara təlatümsüz keçidi bu seçkilərdən başlamaq olar. Amma ciddi bir əsasımız yoxdur ki, hakimiyyət bizim bu çağırışları real olaraq qəbul edəcək. Buna baxmayaraq seçkilər təkcə siyasi hakimiyyəti dəyişmək baxımından əhəmiyyətli deyil, eyni zamanda xalqla görüş, ictimai resursları yenidən qiymətləndirmək, xalqın siyasi hadisələrə münasibətində dəyişiklik yaratmaq üçün baza, reklam rolunu oynayır və s. Biz bundan istifadə edərək Azərbaycan xalqını demokratiya istiqamətində bir addım da olsun irəliyə aparmağa çalışacağıq.
-İtqidar-müxalifət danışıqlarının ilkin mərhələsində hakimiyyət seçkilərlə bağlı dialoq keçirməkdə maraqlı olduğunu ortaya qoydu. Sonradan isə nəinki seçki ilə bağlı dialoqdan, ümumilikdə danışıqlardan imtina edildi. Sizcə, bunun səbəbi nədir?  
-Mənə elə gəlir ki, bu, ilk növbədə hakimiyyətin dialoqa qeyri-ciddi yanaşmasının nəticəsidir. Əslində dialoq qarşı tərəflərini hər ikisinin danışıqlar nəticəsində ortaq bir nöqtəyə yaxınlaşmaq cəhdlərindən ibarətdir. Hansı ki, o nəticəni seçki ilə, siyasi aksiyalar yolu ilə, hakimiyyətə təzyiq yolu ilə də etmək olar. Bunların heç biri olmadan hakimiyyətlə müxalifət anlaşıb bu nəticəyə gəlirlər. Və bu nəticə də hər ikisinin maraqlarına cavab verməlidir. Eyni zamanda xalqın da maraqlarına uyğun olur. Çünki bir-birinə ziddi qüvvələrin ortaq nöqtəyə gəlməsi xalqın maraqlarını təmin edən əsas amillərdən biridir.
Seçkiqabağı dialoqdan imtina olunması onu göstərir ki, əvvəlki dialoq görüşləri də o qədər səmimi və xüsusi islahat proqramının bir hissəsi olmayıb, sadəcə olaraq bir dekorasiya xarakteri daşıyıb. Amma mən hesab edirəm ki, seçkidən qabaq bir raund da olsa, görüş keçirilməli və bu görüşdə əsas diqqət dialoqda iştirak edən partiyaların qrup və fərdi maraqlarına deyil, seçkinin Azərbaycanın imicinə müsbət təsir edəcək bir şəkildə keçirilməsinə həsr olunmalıdır.
-Yeri gəlmişkən, siz birinci xanım Mehriban Əliyevanın deputat seçildiyi dairədən namizədliyinizi irəli sürmüsünüz. Bu dairədə mübarizə aparmaq sizin üçün çətin olmayacaq?  
-Əvvəla onu deyim ki, YAP hələ siyahısını açıqlamayıb. Bunu bəzi dostlarımızı da mənə irad tutublar ki, niyə ordan namizədliyini veribsən, onsuz da oranın deputatının kim olduğu bəllidir. Mən onlara da deyirəm ki, YAP öz namizədlər siyahısını açıqlamayıb, siz hardan bilirsiniz ki, o dairədən kim namizəd olacaq?! Söhbət indiki deputatdan gedirsə, bəli, Mehriban xanım birinci xanımdır və Azərbaycanın istənilən dairəsindən öz nüfuzu ilə belə səs qazanmaq imkanı var. Mən bir çoxları kimi, güman etmirəm ki, mütləq ordan təkrarən namizədliyini verəcək. İkincisi, o dairə Azərbaycanda bəlkə mənim üçün ən rahat dairədir. O dairənin ərazisində çox yaşamışam. İlk olaraq o dairənin ərazisində işləmişəm. Orda çoxlu dostlarımız, qohumlarımız var. O ərazidə yaşayan çoxsaylı partiya üzvlərimiz var və bu təklif də məhz onlardan gəlmişdi. Əslində, mənim bu seçkilərdə heç namizədliyimi vemək fikrim yox idi. Həm şəxsi, həm də işimlə əlaqədar mənim vaxtım olduqca məhduddur. Və demək olar ki, heç bir resursum imkan verimir, mən bu seçkilərdə iştirak edim. O dostlarımın xahişini nəzərə almışdım. Və elə hesab etmirəm ki, istənilən dairədən “ya deputatlıq, ya da heç bir şey” prinsipi ilə seçkiyə getmək lazımdır. Mən seçkilərə bu prinsiplə qatılmıram. Mən elə hesab edirəm ki, seçkidə iştirak edən şəxsin, xüsusilə siyasi partiya namizədinin qarşısında bu dairənin insanlarına hansısa fayda vermək missiyasi durmalıdr. Məsələn, mən seçkilərə qatılmaq istədiyimi dairədə insanları narahat edən çox ciddi problemlər var. Seçkilərə qatılmaqda məqsədim o problemləri qabartmaqdır. Hansı ki, o problemlər illərlədir həll olunmur. Düzdür, o dairənin ərazisində, başqa kəndlərdə çox iş görülüb. Binə və Südçülük Sovxozu qəsəbələrində isə demək olar ki, bu dairənin 60 faiz seçicisi yaşayır, lakin burada nə kanalizasiya, nə su, nə digər infrastrukturlar mövcuddur. Xüsusilə yol çox bərbad gündədir. Soyuq aylarda bu qəsəbələrin əhalisi çox əziyyət çəkir. Və mənim əsas niyyətlərimdən biri də o problemləri qabartmaqdır. Bilirsiniz ki, seçki dövründə qabardılan problemlərə çox həssas münasibət olur. Əgər o problemlərin həll olunmasında bir irəliləyiş olacaqsa, mən elə biləcəm ki, bir deputat mandatı almışam. Çünki dostlarımız, vətəndaşlarımız orda rahat yaşayacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ