SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

Azərbaycanda dollar qıtlığını kim yaradır?

Azərbaycanda dollar qıtlığını kim yaradır?
26-08-2015, 17:49 32309 dəfə baxılıb

Son günlər manatın yenidən devalvasiya olacağı barədə xəbərlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Mərkəzi Bankın “həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur” bəyanatı, manatın nisbi (0,09 qəpik) bahalaşması valyuta dəyişmə məntəqələrində avqustun 22-si və 23-də müşahidə edilən ajiotajı qismən sakitləşdirsə də, gərginlik tam aradan qalxmayıb. 

Mərkəzi Bankın avqustun 25-nə müəyyənləşdirdiyi məzənnəyə əsasən, 1 dollar 1.0466 manat, avro isə 1,2078 manat təşkil edib. Qeyd edək ki, avqustun 24-də 1 dollar 1.0470 manat, avro isə 1,1994 manat olub.

Son günlər baş verənlər göstərdi ki, Bakıda manatı qiymətdən salmaq istəyən müəyyən qüvvələr var və onlar əllərində olan nağd manat vəsaitlərini bazara ataraq süni ajiotaj yaradırlar. Bu ajiotaj nəticəsində sadə vətəndaşlar manatın yenə devalvasiyaya uğrayacağını düşünərək evdə olan bütün manat vəsaitlərini dollara çevirməyə çalışırlar. 

Qeyd edək ki,  Azərbaycanda fevralın 21-də manat ucuzlaşdıqdan sonra prezident İlham Əliyev maraqlı bir açıqlama vermişdi. “Bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi” deyə, prezident bildirmişdi. 

İqtisadçı-ekspert Əkrəm Həsənov ANS PRESS-ə müsahibəsində həmin işbazların müxtəlif qüvvələr ola biləcəyini vurğulayır: “Birincisi, bunu Beynəlxalq Bankın kredit oliqarxları da edə bilər. Təsəvvür edin, heç bir iş görməyən adamların rentabelsiz layihələrinə 1-2 milyard manat vəsait veriblər. İllər keçib, heç bir iş görməyiblər. Onlar həmin pulu dollara keçirəndən sonra manatı çökdürməyə çalışmalıdırlar. Manat 33,5 faiz devalvasiya edəndən sonra 1 milyard manat kredit götürmüş adam birdən-birə 335 milyon manat irəli düşdü”. 

İqtisadçı ekspertin fikrincə, manatın məzənnəsini aşağı salmaq istəyən ikinci qüvvə xüsusi himayə altında AMB-dən manatla vəsait götürüb müştərilərə dollarla kredit verən banklar olmalıdır: “Belə banklar özləri saxta ajiotaj yaratmaqla əhalini çaxnaşmaya salır. Nəticədə adamlar evlərindəki bütün nağd vəsaitləri dollara çevirməyə çalışır və manata təzyiqlər dəfələrlə artır”. 

Əkrəm Həsənov Mərkəzi Bankın bu qüvvələrlə lazımi səviyyədə mübarizə aparmadığını bildirib. Onun fikrincə, AMB ölkədən xaricə valyuta axınının qarşısını almaq üçün lazımi səviyyədə mübarizə aparmır: “Mərkəzi Bank ”Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar"ı sərtləşdirməlidir. Qaydaların 2.2.2-ci bəndində ölkədən valyuta köçürülmələrinə çoxsaylı məhdudiyyətlər nəzərdə tutulub. Lakin həmin bəndin “x” hissəsində deyilir ki, hər kəs xaricdəki bank hesabına məhdudiyyətsiz və istənilən məbləğdə pul köçürə bilər! Başqa sözlə, qaydalar valyuta axınına yaşıl işıq yandırır". 

İqtisadçı ekspert bu məsələdə sərt siyasi qərarın verilməsinin çox vacib olduğunu bildirir: “1990-cı illərin sonlarında Azərbaycanın valyuta ehtiyatları milyard dollarla yox, milyon dollarla ölçülürdü. Amma onda heç kim valyutanın məzənnəsinə bu cür təsir göstərə bilmirdi, ili 5-6%-lik yumşaq devalvasiya ilə başa vururduq. İndi nə oldu ki, strateji valyuta ehtiyatlarımız 10 milyard dollarlarla ölçülən bir zamanda biz valyuta sabitliyini qoruya bilmirik? Mərkəzi Bank mütləq bu sualın üzərində düşünməlidir”. 

Manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və bu, məsələ ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır.

Bu barədə “Report”a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev son günlər paytaxtdakı valyuta mübadiləsi məntəqələrində müşahidə olunan vəziyyəti şərh edərkən bildirib.

“Əslində son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur”, - deyə O.Haqverdiyev qeyd edib.

O, Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb. “Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir”, - deyə ekspert vurğulayıb və manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ