SON DƏQİQƏ

PressDent.Info

Almaniyada miqrantlara qarşı aksiya iğtişaşlara səbəb olub, 31 polis xəsarət alıb

Almaniyada miqrantlara qarşı aksiya iğtişaşlara səbəb olub, 31 polis xəsarət alıb
23-08-2015, 07:41 26765 dəfə baxılıb

Almaniyanın Haydenau şəhərində qaçqınların qəbul olunmasına qarşı təşkil olunan etiraz aksiyası iğtişaşlara səbəb olub.

 

Mətbuatın “TASS”a istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 31 polis əməkdaşı xəsarət alıb.

 

Məlumata görə, qaçqınlar üçün yeni yaradılmış sığınacağın qarşısında arasında ultrasağçı ekstremistlərin də olduğu minlərlə etirazçı toplaşıb. Polis əməkdaşları etirazçıların qaçqınları daşıyan ilk avtobusların gedəcəyi yolu bağlamaq cəhdinin qarşısını alıb. Buna cavab olaraq etirazçılar polis əməkdaşlarını daşqalaq edib.

 

Hadisə yerində asayişin qorunmasına 136 polis əməkdaşı cəlb olunub. Qaçqınları daşıyan ilk avtobus sığınacağa gecə saatlarında gəlib və miqrantlar polisin mühafizəsi altında sığınacağa yerləşdirilib.

 

Qeyd edək ki, bu hadisədən sonra “Milliyyətçilikdən azad Drezden” birliyi Haydenauda Almaniyada sığınacaq axtaran şəxslərə dəstək aksiyası keçirməyi qərara alıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ