SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Nəriman oğlu Əhmədov 28 may Respublika Günü münasibəri ilə xalqımızı təbrik etdi.

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Nəriman oğlu Əhmədov 28 may Respublika Günü münasibəri ilə xalqımızı təbrik etdi.
24-05-2022, 14:26 8613 dəfə baxılıb

Əziz oxucular!

28 May - Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918 - ci il mayın 28 - də mürəkkəb siyasi hərbi - şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

1918 - ci il mayın 27 - də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28 - də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir - çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət,  23 - ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918 - ci il mayın 28 - də Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918 - ci il noyabrın 14 - də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22 - də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Sonradan Ulu Öndərin 2000 - ci il noyabrın 11 - də imzaladığı Sərəncamla həmin gün - 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi - iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai - siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.

Ulu öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik. Və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Respublika Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Bu həftənin cümə günü ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 104 - illik yubileyinə hazırlaşırıq. 10 - noyabr 2020 - ci il tarixdə xalqımızızın həmrəyliyi, əsgərlərinizin fədakarlığı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının siyasi iradəsi və intelektual potensiyalı nəticəsində bu gün biz bir millət kimi növbəti dəfə Azərbaycan Respublika gününə sözün əsil mənasında azad ölkənin, siyasi, iqtisadi və hərbi sahədə güclü bir dövlətin sahibi kimi hazırlaşırıq. Bu həftə ölkədə keçiriləcək Respublika günü münasibəti ilə dünyanın 110 - ölkəsinin rəhbərləri iştirak etmmək üçün paytaxtımıza səfər edəcək.

Məndə  vətənpərvər bir insan kimi Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivinin adından, ölkə rəhbərliyini və  xalqımızı 28 may respublika günü münasibəti ilə təbrik edirəm.

Hörmətlə Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Nəriman oğlu Əhmədov.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ