11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.
17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub
17:18 - İlham Əliyev Putini təbrik etdi
17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO
17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"
16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ
Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...
Əziz oxucular!
Bu gün sizə Azərbaycan ziyallılarında biri, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu ilə yaxından tanış etmək isləyirik.
Oktay Rza oğlu Abdullayev 31 - Avqust 1964 - cü il tarixində Sumqayıt şəhərində anadan olub. 1989 - cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetini fərqlənmə ilə bitirib.
O, 1981 - 1982 - ci illər arası Sumqayıt kompressorlar zavodunda ştamplayıcı vəzifəsində çalışıb. 1982 - 1984 - cü illərdə ordu sıralarında hərbi xidmət , 1984 - 1985 - ci illərdə Sumqayıt kompressorlar zavodunda elektrik çlingəri, 1985 - 1989 - cu illərdə“ Mühərrikquraşdırma” trestinin Bakı quraşdırma idarəsində çilingər, 1989 - 1990 - ci illər arası Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində müəllim, 1990 - cı ildə Xızı rayon Komsomol komitəsinin II - katibi, 1991 - 1992 - ci illərdə Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini, 1992 - 2006 - cı illər arası Xızı rayon Cabir Novruz adına Sitalçay 1 - saylı tam orta məktəbinin direktoru işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2003 - cü il 04 - Oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına layiq görülüb.
2006 - cı ilin may ayından Xızı rayon Təhsil şöbəsinin müdiri işləyir.
Ailəlidir, 3 övladı var.
Xızı rayon təhsil şöbəsinə rəhbərlik etdiyi gündən bu günə kimi Xızı rayon sakinlərinin rəğbətini qazanıb. Belə ki, rəhbərlik etdiyi hər bir təhsil ocağı ilə hər bir şagirdlə fərdii olaraq maraqlanaraq, ehtiyacı olan şagirdlərin normal təhsil alması üçün tələb olunan kitab - dəftərlə, qələm və çanta ilə təmin edib.
Xızı rayonunda şagirdlərimizin yüksək səviyədə təhsil alması üçün rayonda çalışan müəllimlərin təhsl proqramına uyğun dərs verilməsini təmin edib.
Rəhbərlik etdiyi şəxslərin, şəxsi problemlərinədə imkan daxilində yardım edən Abdullayev Oktar Rza oğlu rəhbərlik etdiyi şəxlərində hörmətini qazanıb.
Xızı rayon təhsil şöbəsinin müdürü Oktay Rza oğlu Abdullayev xalqa, dövlətə və ölkə rəhbərliyinə sədaqətlə bağlıdır. Vətənpərvər insan kimi həmişə Qarabağ veteranlarına, qazilərə və şəhid ailələrinə qarşı diqqət və qayğı ilə yanaşıb. KİV ilədə səmimi münasibəti olan Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu. həmişə KİV nümayəndələrinə hörmətlə yanaşıb.
Bizdə redaksiyamızın adından Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğluna işlərində müvəffəqiyyətlər arzu edirik.