SON DƏQİQƏ

10:59 - Ağcabədi Suvarma Sistemləri idarəsinin rəisi Azər Çingiz oğlu Bayramov Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı təbrik etdi.

14:54 - Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Mikayılov Abbas Lətif oğlunun əvəz olunmaz əməyi, xalqına və rəhbərliyə olan sədaqətindən irəli gəlir.

03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ

04:00 - Aktyor Muxtar Manıyev. İki ayağını da kəsdilər, oğlunun toy günü vəfat etdi - ən çox filmə çəkilən aktyor..

17:03 - Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri, “Bakı Tekstil Fabriki” MMC - nin direktoru Səkinə Babayeva Azərbcan xınımı adını beynəlxalq səviyədə təmsil edən vətənpərvər xanımlardan biridir.

12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.

09:01 - Армяне или хаи? Маски сорваны

19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı

08:08 - Yeni Azaərbaycan Partiyasının, Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov: Ümummilli Lider Heydər Əliyev və Ali Baş Kömandan İlham Əliyev Azərbaycanın əfsanəvi tarıxı qəhrəmanlarıdır.

08:39 - Vidadi Hüseynovun rəhbərliyi ilə 33 saylı Ağcabədi rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

15:58 - "Moskva”Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Esmira Həsənova Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

PressDent.Info

"Moskva”Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Esmira Həsənova Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu

7-12-2021, 15:58 30972 dəfə baxılıb

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur...

15 - ilin 1993 tarixdə Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu.

Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir.

Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və "qızıl orta xətti" təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi.

Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı.

Ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olmasının xarici siyasət strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün dünya üçün əhəmiyyətli olan incə siyasətlə bağlıdır.

Heydər Əliyevin liderliyi və güclü qətiyyəti sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması, region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynaıb.

Ümummilli liderin uzaqgörənliyi sayəsində Azərbaycanda insan resursları və iqtisadi potensialının dəqiqliklə nəzərə alınması müstəqil suveren dövlətin vətəndşları üçün əlçatmaz fürsətlər açır. Azərbaycan da bu proses indi də uğurla davam etdirilir.

Heydər Əliyev, xarici siyasət strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri lazımi səviyyədə diqqətə alındı. Heydər Əliyevin fədakar əməyi sayəsində  dünya dövrləridə Azərbaycan xalqının tarixi, mədəni və multikultural ənənələrinə daim diqqət və qayğı göstərib.

Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verib.  Dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb, görüb!  Ulu öndər ümummilli lider kimi xalqın qəlbində yaşayan bir sinvol kimi, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ