SON DƏQİQƏ

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

12:23 - Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun qanunsuz “vaksin pastort” tələbi..

23:21 - Xəyyam Həsənoğlu - Super Yeni Popuri 2021

12:12 - Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov Çingiz oğlunun yeni təyinatı ilə bağlı təbrik edirik…

13:22 - Qax rayon sakini Əhməd Mirzəbəyov vətənə millətə sədaqəti ilə tanınan xeyrxalx insandır.

11:39 - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.

16:08 - Lənkəranda döyünən böyük ana ürəyi xalqımızın qayısında...

10:51 - Yeni Azərbaycan Partiyasının, Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev: Heydər Əlirza oğlu Əliyev Azərbaycan dövlətçiliyinin banisidir...

14:32 - Anar Tağıyevin rəhbərliyi ilə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti insanlara maksimum xidmət göstərir...

20:09 - Saatlıda doğuş zamanı ana körpəsi ilə ölüb...

10:55 - Rejisyor Ruslan Mollayev: Baxış sənədli filmi

12:31 - “Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...

00:27 - Xəyyam Həsən oğlu - "Payız " yeni mahnı

PressDent.Info

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.
25-11-2021, 11:39 15660 dəfə baxılıb

Rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasını ölkədə aqrar islahatların yeni mərhələsi də hesab etmək olar. Bu mərkəzlərin fəaliyyəti aqrar sektorda xidmətlərin göstərilməsində çox üstünlüklər yaradıb. Necə deyərlər, fermerlərin və kəndlilərin torpağa bağlılığını daha da artırıb. Elə bunun nəticəsidir ki, Neftçala rayonunda Mərkəzə müraciət edən fermerlər buradan əliboş qayıtmırlar.

 

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzi 2018-ci ilin avqust ayından fəaliyyət göstərir. İlk gündən rayonda kənd təsərrüfatının bütün sahələrinə yaxından köməklik göstərən Mərkəzin əməkdaşları bu gün də fermerlərlə sıx əlaqədədirlər.

 

Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qısaca (EKTİS) fermerlərin qeydiyyatdan keçirilməsi Neftçala DAİM-də də uğurla davam etdirilir. Burada fermerlər üçün elektron xidmət kabinetləri yaradılıb.

 

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanov fermerlərə göstərilən elektron xidmətlər aqqında məlumat verərək xüsusi olaraq qeyd edib: “Elektron sistemlə bağlı Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində işlər yekunlaşıb. Yeddi mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. On mindən çox fermer əkinlərini bəyan ediblər. Həmin fermerlərin 1500-dən çoxu üçün plastik kartlar sifariş verilib. Fevral ayından fermerlər ardıcıllıqla yeni fermer kartlarını banklardan əldə edəcəklər. Sonra fermerlər yeni qaydalara əsasən subsidiya alacaqlar”.

 

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində üç sektor fəaliyyət göstərir. Bunlar maliyyə - təsərrüfat, bitkiçilik və heyvandarlıq sektorlarıdır. Burada, həmçinin baytarlıq, informasiya və fermerlərə müxtəlif xidmətlər üçün otaqlar da ayrılıb. Bu sektorlarda 20 - dən çox əməkdaş çalışır. Fermerlərlə söhbət zamanı onlar dövlət tərəfindən yaradılan imkanlardan lazımınca faydalandıqlarını qeyd edərək bu qurumdan razılıqlarını bildiriblər.

 

EKTİS-də qeydiyyatdan keçmək üçün DAİM-ə gələn fermer Loğman Muradov deyib: “Məni burada gülərüz qarşıladılar. Gözəl şərait yaradılıb, lazımi köməyi də göstərdilər, məsləhət aldım. Dövlətimizdən də çox razıyıq. Prezidentimiz sağ olsun, bizə subsidiyalar ayrılması üçün tapşırıqlar verib. İnşallah yeni subsidiyanı kartla alacağam. Əkin-biçinlə, dərmanlarla bağlı dövlət tərəfindən böyük kömək göstərilir. Biz fermerlərə yalnız torpağı əkmək qalır”.

 

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyətindən sevinclə danışan digər fermer isə Əvəz Sadıqovdur: “Mən öz təsərrüfatımla bağlı müraciət etmişdim. Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları da bizə məsləhət verdilər. Sağ olsunlar, işlərimizi yoluna qoydular. Elektron sistemdə qeydiyyatdan keçdim. Kartımın alacağım vaxtı gözləyirəm”.

 

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Fermerlərin Koordinasiya Şurası da yaradılıb. Şuranın üzvləri təcrübəli və qabaqcıl fermerlərdən ibarətdir. Eyni zamanda, buraya könüllülər də cəlb olunub Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində müntəzəm olaraq könüllülərlə görüşlər keçirirlər.

 

Onuda bildirək ki, ötən il Neftçalada, ümumilikdə, 5080 - hektar sahədə pambıq, 7792 - hektar sahədə buğda, 32145 - hektar sahədə isə arpa becərilib. 2019-cu ildə rayonda 9518 - hektar yem bitkisi - yonca əkilib. Rayonun heyvandarlıq təsərrüfatlarında 42766 - baş iribuynuzlu, 141420 - baş xırdabuynuzlu heyvan saxlanılır.

 

Bizdə Redaksiyamızın adından Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanov başda olmaqla DAİM - nin bütün kollektivinə işlərində müvəffəqiyyətlər arzu edirik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ