SON DƏQİQƏ

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

12:23 - Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun qanunsuz “vaksin pastort” tələbi..

23:21 - Xəyyam Həsənoğlu - Super Yeni Popuri 2021

12:12 - Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov Çingiz oğlunun yeni təyinatı ilə bağlı təbrik edirik…

13:22 - Qax rayon sakini Əhməd Mirzəbəyov vətənə millətə sədaqəti ilə tanınan xeyrxalx insandır.

11:39 - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.

16:08 - Lənkəranda döyünən böyük ana ürəyi xalqımızın qayısında...

10:51 - Yeni Azərbaycan Partiyasının, Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev: Heydər Əlirza oğlu Əliyev Azərbaycan dövlətçiliyinin banisidir...

14:32 - Anar Tağıyevin rəhbərliyi ilə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti insanlara maksimum xidmət göstərir...

20:09 - Saatlıda doğuş zamanı ana körpəsi ilə ölüb...

10:55 - Rejisyor Ruslan Mollayev: Baxış sənədli filmi

12:31 - “Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...

00:27 - Xəyyam Həsən oğlu - "Payız " yeni mahnı

PressDent.Info

“Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...

“Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...
16-11-2021, 12:31 26709 dəfə baxılıb

2019 - cu ilin sonlarından başlayan anti - korrupsiya əməliyyatlarında, Neftçala Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev həbs edilən icra başçılarından biri idi.

İcra hakimiyyətlərində keçirilən əməliyyatlar, rayon rəhbərlərinin cinayət başında yaxalanması və əməliyyat çəkilişlərinin ictimailəşdirilməsi korrupsiyaya qarşı mübarizənin yeni rəng aldığını göstərirdi. Bundan əvvəl görülən tədbirlərdə daha çox xırda çinovniklər məsuliyyətə cəlb edilirdi. Bu baxımdan, cəmiyyət anti-korrupsiya aktlarını imitasiya hesab edirdi. 

İcra başçılarının həbsi isə, həm də yerli idarəetmədə dəyişiklik olacağına, rayon rəhbərlərinin özlərini padşah kimi aparmalarına son qoyulacağına ümidləri artırdı. Bununla belə, yenə bölgələrdən yerli icra hakimiyyətlərinin qanunsuz əməlləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu sırada xüsusilə Neftçala rayonunun adını çəkmək olar. 

Hazırda  Nefçala rayon rəhbəri  Mirhəsən Seyidovdur. Bir ildən artıqdır Neftçalaya rəhbərlik etməsinə baxmayaraq, gənc icra başçısı barədə çoxsaylı şikayət və narazılıq var.

Rayondan daxil olan şikayətlərdə iddia edilir ki, icra başçısı faktiki olaraq fermer təsərrüfatının inkişafına əngəl olur. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən şərtlərlə qarşılaşırlar.“İcarə müaviləsi bitdikdən sonra ilk olaraq torpaq icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun şərti var. Torpağın hər hektarına görə min manat pul ödəməlisən. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və şərtlərə əməl edənlərə verilir”.

Müqaviləsi başa çatmayan fermerlər də icarələrində olan torpağa görə qeyri-rəsmi rüsum ödəməyə məcbur edilir: “Onlardan hər hektara görə 70 manat istənilir. Bundan imtina edən fermerlərdən həmin torpaqlar ən müxtəlif üsullarla əllərindən alınır, və yaonların fəaliyyətinə süni, birokratik maneələr yaradılır. Məsələn, texnika sahəyə buraxılmır, yaxud hansısa bəhanə ilə torpaqda əkin-biçin aparılmasının qarşısı alınır.”

İddia olunur ki, bu işlərin başında Neftçala Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisiZaur Kərimov dayanır. 

Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa "sehrli əlin" dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə kifayət qədər media nümayəndələri tərəfindən məqalə və araşdırmalar yazılıb. 

“Həqiqət Yolu” qazetinin əməkdaşı Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin sakinlərə qarşı qanunsuz davranışları və bu qanunsuzluğun başında duran, Neftçala rayonu İcra Hakimiyyəti, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi Zaur Bəxtiyar oğlu Kərimov haqqda apardığı araşdırmalarını həmi bir media nemayəndəsi kimi, həmdə bir video bloger kimi, ictimayətə ictimayətə təqdim etdiyi üçün, əvvəl təqdim edilən külli miqdarda rüşvəti rədd edən Rəşid Rəhimovun ailəsinə nə övladlarının həyatı ilə təhdid olunub. 15.11.2021 - tarixdə Uşaqlarının həyatı ilə hədələnən Rəşid Rəhimov bu hakda “Həqiqət yolu” qazetinin baş redaktoru Cabir Məmmədəliyevə məlumat verilib.

 Məlumata əsasən “Həqiqət Yolu” qazetinin əməkdaşı,video bloger Rəhimov Rəşid  və yaxınları ilə yanaşı bu andan Kütləvi İnformasiya Vasitəsilə mediya nümayəndələrinin diqqət mərkəzində olacaq. 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ