SON DƏQİQƏ

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

12:23 - Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun qanunsuz “vaksin pastort” tələbi..

23:21 - Xəyyam Həsənoğlu - Super Yeni Popuri 2021

12:12 - Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov Çingiz oğlunun yeni təyinatı ilə bağlı təbrik edirik…

13:22 - Qax rayon sakini Əhməd Mirzəbəyov vətənə millətə sədaqəti ilə tanınan xeyrxalx insandır.

11:39 - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.

16:08 - Lənkəranda döyünən böyük ana ürəyi xalqımızın qayısında...

10:51 - Yeni Azərbaycan Partiyasının, Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev: Heydər Əlirza oğlu Əliyev Azərbaycan dövlətçiliyinin banisidir...

14:32 - Anar Tağıyevin rəhbərliyi ilə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti insanlara maksimum xidmət göstərir...

20:09 - Saatlıda doğuş zamanı ana körpəsi ilə ölüb...

10:55 - Rejisyor Ruslan Mollayev: Baxış sənədli filmi

12:31 - “Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...

00:27 - Xəyyam Həsən oğlu - "Payız " yeni mahnı

PressDent.Info

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Məhəmmədəli oğlu Zeynalov: Heydər Əliyev Azərbaycan dövlətçiliyininnin banisidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Məhəmmədəli oğlu Zeynalov: Heydər Əliyev Azərbaycan dövlətçiliyininnin banisidir.
15-11-2021, 14:18 3045 dəfə baxılıb

Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi informasiyalarda isə məhz tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərilərinə götürərək, bütün bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz bu səbəbdən də Heydər Əliyev irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir.

Dünyamıza nəzər salsaq görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək gəlib bugünkü səviyyəyə çatıb.

Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz 18 - oktyabr 1991 - ci ildə özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur.

Ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX - əsrin əvvəllərində mövcud olan Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Lakin Xalq Cümhuriyyətinin qısa müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX - əsrin 90 - cı illərinin əvvəllərində milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu büruzə verdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaş millətimizin və dövlətimizin ideoloji xəttini, söykənən təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.     Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət о qədər zəngin və keşməkeşlidir ki, Heydərsevərləri, dövlət adamlarını və tədqiqatçıları daim düşündürüb maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını gözləyir.

 

Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Bu günün prizmasından yanaşdıqda, bu addımların sonralar müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür. Bu böyük şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icra-sına başlamışdır. Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytardı. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizəni xatırlayarkən siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı.                                     Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verildi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. 1995 - ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995 - ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir. Heydər Əliyev həm də Azərbaycan elminin böyük hamisi idi. Elmə, təhsilə, alimlərə, ziyalılara həmişə yüksək qiymət verirdi. Respublikaya birinci və ikinci rəhbərliyi dövründə Azərbaycan elmi, təhsili dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən fundamental kəşflər edildi. Hələ ötən əsrin 70-ci illərində Elmlər Akademiyası Heydər Əliyevin böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı. İndi hamı belə bir tarixi gerçəkliyi təsdiq edir ki, Heydər Əliyev rəhbər vəzifədə olmadığı illərdə akademiyanın məhv olmaq təhlükəsi var idi. Ümummilli lider 1993 - cü ildən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən Heydər Əliyevin ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməsi də təsadüfi deyildi. Bununla dövlətçilik ənənələrini sistemli şəkildə davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən respublika ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi. Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Heydər Əliyev Azərbaycanın, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Ukraynada Heydər Əliyev adına Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və onun zəngin dövlətçilik təcrübəsi öyrənilir. XX əsrdə yetişən dövlət xadimləri içərisində onun özünəməxsus yeri və nüfuzu var. Belə şəxsiyyətlər dünyada çox azdır. Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacibdir. Bu missiyanı daşıyan ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının qarşısında çox mühüm vəzifələr durur. Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi tədbirləri sırasında dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatlar aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi akademiyanın qarşısında duran başlıca vəzifələrdəndir. Şübhəsiz, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəkanı, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanması və tərbiyə olunmasını ehtiva edir. Bütün bunlarla yanaşı, akademiya həm də milli ideologiyamızın formalaşması, inkişaf etdirilməsi və təbliği sahəsində mühüm rol oynayır. Ümummilli lider milli-mənəvi dəyərlərə sadiqliyini bütün fəaliyyəti boyu qoruyub saxlamış, dövlət idarəçiliyində bu meyarlara mühüm önəm vermişdir. Heydər Əliyevin bu mövzudakı çoxsaylı çıxışları gənc nəsil üçün örnəkdir: О deyirdi ki, “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Millimənəvi dəyərləri olmaуап millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani - Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”. Akademiyada ulu öndər Heydər Əliyev irsinin, bu böyük dövlət xadiminin, hakimiyyət ustasının zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə əxz edilməsinə də vacib məsələ kimi yanaşılır. Təsadüfi deyil ki, akademiyada “Heydər Əliyevin Dövlət idarəçilik təcrübəsi” ayrıca fənn kimi tədris olunur. Fəaliyyətdə olan “Heydər Əliyev Dövlət İdarəçilik Universiteti” bu istiqamətdə ciddi araşdırmalar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 86 aparmaq, ulu öndərin həyatının şərəfli səhifələrini dolğun şəkildə açıb ictimaiyyətə göstərmək, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasını təbliğ etmək istiqamətində mühüm işlər görülür. Sevindirici haldır ki, 2003 - cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirir. Dövlət başçısı əməli fəaliyyəti ilə hələ seçki ərəfəsində verdiyi bütün vədlərə sadiqliyini təsdiqləmişdir. Mövcud imkanların bərabər paylanması inkişafın mühüm şərtlərindəndir və Azərbaycan Prezidenti bu amili əsl siyasətçilərə xas peşəkarlıqla nəzərə alır: ölkəmizin sosial-iqtisadi uğurlarını digər əhəmiyyətli sahələrin tərəqqisinə yönəldir, bununla əlaqədar bir sıra vacib fərmanlar, sərəncamlar, dövlət proqramları imzalayır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin, idmanının, bir sözlə, mədəni-intellektual potensialının daha da inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Prezidenti təhsil sisteminin mövcud problemlərini, incəliklərini dərindən bilir və onların tez bir zamanda aradan qaldırılmasına çalışır. Təsadüfi deyil ki, dövlət büdcəsindən ən böyük vəsait ayrılan sahələrdən biri məhz təhsil sferasıdır. Həmin vəsaitin müəyyən hissəsi regionlarda yeni məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlir. Regionların inkişafına diqqətin artırılması çox vacibdir. Burada diqqəti cəlb edən bir də odur ki, hazırda regionlarda böyük canlanma var. 1 milyona qədər qaçqınımız var, ərazilərimizin xeyli hissəsi işğal olunub, belə bir məmləkətdə, belə bir şəraitdə təbii ki, regionlarla mərkəz arasındakı iqtisadi inkişaf, tarazlıq pozulmalı idi. Regionlar çox sürətlə geri qalırdı. Və olduqca vacib olan bu problemin həllində cənab Prezident İlham Əliyevin gördüyü işlərin böyük əhəmiyyəti var. Ən əsas isə bu yolun düzgün olmasıdır. Həqiqətən də bu yolda çox qısa bir müddətdə böyük işlər görülmüşdür. Xarici investisiyaların qoyulması, iş adamlarının vəsaitlərindən istifadə edilməsi, bank-kredit sisteminin işə salınması və bunlar hamısı bu səmtə yönəldilib. Ölkəmizin ötən illər ərzində məqsədyönlü, balanslaşdırılmış xarici siyasət kursu hesabına geosiyasi qarşıdurmalar poliqonu olmaq təhlükəsindən uzaqlaşaraq əməkdaşlıq və maraqların uzlaşması məkanına çevrilməsi faktı bu gün diqqətdə duran məsələlərdəndir. Bu “Azərbaycan rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə Azərbaycanın milli maraqları təmin olunmalıdır” prinsipinə daim sadiq qalan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etdi: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”. Ölkəmizdə 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin növbəti parlaq qələbəsi yuxarıda sadalanan nəhəng islahatlar prosesinə və ulu öndərin ideyalarına olan ümumxalq münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi. Bütün bunlar göstərir və təsdiq edir ki, həqiqətən Heydər Əliyevin nəzəri müddəaları, dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi hər zaman və hər bir işdə nümunə kimi bizə kömək olacaqdır. Prezident İlham Əliyevin  iradəsi və Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində İşğal altında olan torpaqlarımızın azad edilməsi xalqımızın həmrəyliyi, Qəhrəman əsgərlərimizin peşəkarlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının intelektual potensialı və Ulu öndərimiz Heygər Əliyev dühasının uzaq görən siyasətə uyğun tələb olunana tədbirlərin təmin etməsi nəticəsidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ