SON DƏQİQƏ

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

12:23 - Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun qanunsuz “vaksin pastort” tələbi..

23:21 - Xəyyam Həsənoğlu - Super Yeni Popuri 2021

12:12 - Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov Çingiz oğlunun yeni təyinatı ilə bağlı təbrik edirik…

13:22 - Qax rayon sakini Əhməd Mirzəbəyov vətənə millətə sədaqəti ilə tanınan xeyrxalx insandır.

11:39 - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanovun rəhbərliyi ilə Nefçala rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanmaq imkanı əldə edib.

16:08 - Lənkəranda döyünən böyük ana ürəyi xalqımızın qayısında...

10:51 - Yeni Azərbaycan Partiyasının, Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev: Heydər Əlirza oğlu Əliyev Azərbaycan dövlətçiliyinin banisidir...

14:32 - Anar Tağıyevin rəhbərliyi ilə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti insanlara maksimum xidmət göstərir...

20:09 - Saatlıda doğuş zamanı ana körpəsi ilə ölüb...

10:55 - Rejisyor Ruslan Mollayev: Baxış sənədli filmi

12:31 - “Həqiqət Yolu” qazetinin əməkdaşı video bloger Rəhimov Rəşid Nefçala rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən ailəsinin həyatı ilə hədələndi...

00:27 - Xəyyam Həsən oğlu - "Payız " yeni mahnı

PressDent.Info

Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid İsmayıl oğlu Yusifov: Ümummilli lider Heydər Əliyev Azərbaycan İqtisadiyatının banısidir...

Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid İsmayıl oğlu Yusifov:  Ümummilli lider Heydər Əliyev Azərbaycan İqtisadiyatının banısidir...
26-10-2021, 10:38 4959 dəfə baxılıb

Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai - siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks  islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına  və  sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.

       Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli - ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993 - cü ildə hakimiyyətə qayıdan  ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.

      Ulu öndərin  gərgin əməyi nəticəsində, Azərbaycan  onun hakimiyyətinin birinci erasında - 1969 - 1982 - ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969 – 1982 - ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi.  Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye - aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı.

      Heydər Əliyevin   fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində yalnız Azərbaycan, həmçinin keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70 - 80 - ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir. Bu mənada, ulu öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

       Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.

       Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçidlə islahatlar həyata keçirməsinin olduqca çətin və mürəkkəb olduğunun bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 - il ərzində başqa sosial - iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial - iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.

        Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb.  Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası  isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi.

        Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994 - cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB - də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi,  iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatların təməli qoyuldu. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank  sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun da sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995 - ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi - iqtisadi, sosial - humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi.

       Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994 - cü ildə  imzalanmış  “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.

       “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. 1999 - cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş  tankeri dünya bazarlarına çıxarıldı. Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb  marşrutunun yaradılmasından ibarət idi. Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ulu öndərin qəti əzmkarlığı və Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin birliyi nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi. 2006-cı il mayın 28 - də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4 - də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13 - də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.

        Bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi və torpaqların vətəndaşların istifadəsinə verilməsi üçün bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında  müvafiq fərmanlar imzalaması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.

      O vaxtdan təxminən 23 il keçəndən sonra cəsarətlə demək olar ki, 1993 - 2003 - cü illərdə Heydər Əliyev prezident olduğu on il ərzində aşagıda qeyd olunan strategiyanı müəyyən etmiş və gərgin əməyi sahəsində buna nail olmuşdur.

- 1994 - cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejiminə nail olmaqla   iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;

- ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;

- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;

- cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması;

- müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;

- “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;

- həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;

- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.

      1995 - 2003 - cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Beləliklə də, ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır.

        Azərbaycanın iqtisadi - sosial və siyasi-hüquqi sisteminin qurulmasında olduğu kimi, demokratik inkişafa, xüsusilə də, söz və mətbuat azadlığına olan diqqət - qayğısı da özünü yüksək nəticələrdə göstərirdi. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində xüsusilə nümayiş etdirib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

       Dahi liderin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998 - ci il tarixli fərmanı KİV - in sərbəst inkişafı,cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 - aprel 1992 - ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 - aprel 1993 - cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998 - ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və “dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” Qanunlar qəbul edildi, KİV - in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

      Bir sözlə, ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyev şəxsiyyəti, onun xarizması,  iradəsi, təcrübəsi göstərilən dövrdə bizim üçün “millət”, “dövlətçilik”, “idarəçilik sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi sistem dəyərlərin təşəkkülündə və möhkəmlənməsində mühüm rol oynadı.

      Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsası olmuşdur. Müstəqil Azərbaycanın Əsas Qanununun - Konstitusiyanın müəllifi kimi ulu öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.

Cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətində hüquqi dəyərlər sistemində insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması qanunlara eyni cür, dürüst əməl edilməsini daim önə çəkmişdir. İlk dəfə respublikamızın rəhbəri seçildiyi 1969 - cu ildən başlayaraq ulu öndər cəmiyyətdə qanunun aliliyi prinsipinin bərqərar olması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə Azərbaycanın da daxil olduğu keçmiş İttifaq dövləti miqyasında böyük nüfuz qazanmışdır. Həmin dövrdə hüquq - mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmış, cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edilmiş və bu tədbirlər hər yerdə əks-səda doğurmuş, rəğbətlə qarşılanmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1970 - 80 - ci illərdə Azərbaycanda ali hüquq təhsilinin haqq - ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili, vətənpərvər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqşünas kadrların hazırlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Həmin illərdə ali hüquq təhsili almaq istəyinə qovuşmuş yüzlərlə fəhlə - kəndli övladı bu gün də ulu öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquq mühafizə sistemində millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir. Ulu öndərimiz Azərbaycanın prokurorluq orqanlarının 80 - illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda ötən əsrin tarixi gerşəkliyini xatırladaraq demişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980  -ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on ıllər ərzində təşkıl olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Hamımıza yaxşı məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı. Bu illərdə prokurorluq orqanlarında da qeyri - sağlam vəziyyət yaranmış, bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində göstərə bilməmiş, üzərinə düşən vəzifələri həyata keçirməkdə böyük çətinliklərlə üzləşmişlər.

Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai - siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar cəmiyyətdə qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquq-mühafızə sisteminin formalaşmasına şərait yaratmşdır. Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə almmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz nüfuzunu bərpa etməyə, yüksək ictimai etimad qazanmağa nail olmuş, dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilmişdir. Müstəqil dövlətçiliyimizin və cəmiyyətimizin cinayətkar qəsdlərdən qorunmasında, qanunçuluğun və hüquq  qaydalarının  möhkəmləndirilməsində  fəal mövqe  tutan     prokurorluq orqanları 1994-1995 - ci illərdə qanunsuz silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, cinayətkarların tapılaraq qanun əsasında məsuliyyətə cəlb olunmasına nail olmuşlar.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995 - ci ilin 12 - noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çahşanlara qayğısını heç vaxt əsrgəməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 - iyul 1998 - ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB - də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirirək demişdir:

Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gun də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində prokurorluq orqanlarının səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırılmış, ölkədə qanunçuluğun möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə bu orqanların rolu artırılmış, kadrların peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Konstitusiyanın qəbulundan sonra, onun 133-cü maddəsinə uyğun olaraq “Prokurorluq haqqında” Qanun  layihəsinin hazırlanıb qəbul edilməsi və 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minməsi prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasını, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasını təmin etmişdir. Azərbaycan prokurorluğunda demokratik, hüquqi dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndər Heydər Əliyevin iştirakı ilə 26 - aprel 2000 - ci ildə keçirilən geniş müşavirədən sonra başlanmış və uğurla icra edilmişdir. Prokurorluğun həyatında müstəsna rol oynamış bu tarixi müşavirədə dövlət başçısının verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanın demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnmişdir. Həmin müşavirədəki nitqində ulu öndərimiz demişdir: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidır”. Müdrik və uzaqgörən rəhbərin bu tələb və tövsiyəsi hər bir prokurorluq işçisi üçün həyat və fəaliyyət meyarıdır. Ulu öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılan məhkəmə - hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara və demokratik prinsiplərə əsaslanan, milli dövlətçilik ənənələrindən qaynaqlanan möhkəm hüquqi bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Ölkəmizdə dövlət quruculuğu prosesinin dərinləşməsi prokurorluğun cəmiyyətdə və idarəçilik sistemində rolunu daha artırmaq zərurəti yaratmış, 2002 - ci il sentyabrın 19 - da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğa və onun dövlətçiliyimizin möhkəmləndirilməsindəki roluna verdiyi yüksək dəyərin təzahürü olan bu hüquq ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatların verilməsi, habelə müvafiq qanun layihələrinin ali qanunverici orqana təqdim edilməsi ilə gerçəkləşdirilir. Ulu öndərin müstəqil, müasir dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 15 - ildə böyük uğurla davam etdirilmişdir. Bu baxımdan, dövlət başçısının prokurorluq orqanlarına inam və etmadının təzahürü olan qərarları da bu orqanların fəaliyyətininin təkmilləşdirilməsində və müasirləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ölkə Prezidentinin 3 - mart 2004 -cü il tarixli Sərəncamı ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş  İdarəsi yaradılmış, 3 - sentyabr 2004 - cü il tarixli “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının (2004 - 2006 - cı illər) təsdiq edilməsi barədə” Sərəncamda isə digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq işçilərinin də yüksək dövlət məvacibi ilə təmin edilməsi, onların əmək haqlarının mərhələlərlə artırılması, sosial təminatlarının yaxşılaşdırılması məsələləri əksini tapmışdır. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009 - 2011 - ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi möhtərəm Prezidentimizin prokurorluq orqanlarının dövlət idarəçiliyəndəki roluna verdiyi dəyərin bariz göstəricisidir.

Biz, prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadiq davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edir, Baş Prokurorluğun rəhbərliyinin əmr və göstərişlərinə dürüst əməl etməklə öz xidməti vəzifələrimizin icrasında bu etimadı doğrultmağa çalışırıq.

Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında fəal və əhəmiyyətli rol oynamaqla ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai -siyasi sabitliyin, əmin - amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək prokurorluğun hər bir əməkdaşının şərəfli borcudur.

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ