SON DƏQİQƏ

11:20 - Yasamal Bələdiyyə sədri Məmmədov Tahir İlyas oğlunu Qurbanlıq bayramı münasibəti ilə təbrik edirik.

11:17 - Paşa Bankın Baş İcraçı direktor və İdarə heyətinin sədri Taleh Kazımov: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir.

18:41 - Gənc istedadln yeni klipi Xeyyam Hesenoglu Qerib Xeyal "Xatirəsine hesr olunub"

08:51 - Accsses bankda növbəti təhdid...

09:23 - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.

16:20 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları Azərbaycanın işğaldan azad edilmiş tortaqlarında fermer təsərufatının inkişaf etdirilməsi gözlənilir…

10:05 - Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Şamxal Əliyevi 2 - iyun “Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edirik!

14:06 - Tahir Yusif oğlu Yusifovun bir gündə milyonluq müqavilələr bağlayıb...

17:01 - İmişli rayon İcra Hakimiyyəti, Mеmarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazim Əli oğlu peşəsini sevən ziyallılarımızdan biridır.

16:02 - Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...

15:47 - Bakı şəhər Qaradağ rayon Puta qəsəbəsinin 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş Həkimi Zeyidov Azər: Heydər Əliyev və Azərbaycan səhiyyəsi...

15:21 - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəisi Atamoğlan Babayev: Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

13:52 - Xocavənd rayon 6 - saylı ibtidai məktəb. Direktor, Əliyeva Esmira Nizami qızı sədaqəti ilə xalqımıza nümunədir.

13:06 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları vətənpərvərliyi ilə tanınan ziyallılarımızdır...

07:21 - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhmədov Vüqar Cəbrayıl oğlu: Azərbaycanın şanlı tarixi Heydər Əlirza oğlu Əliyev.

PressDent.Info

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.
13-07-2021, 09:23 8004 dəfə baxılıb

İyulun 10-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının iki gün sürən XXI Ümumi Yığıncağı öz işini yekunlaşdırmışdır. Online formatda keçirilən  toplantıda çətin pandemiya şərtlərinə baxmayaraq, yüksək iştrakçılıq qeydə alınıb. Ümumi Yığıncağın hər işçi günündə koalisiya üzvü  olan 50-dən çox ictimai təşkilat iştirak etmişdir. Bu fakt, vətəndaş cəmiyyətinin bu gün də ölkədə təbii sərvətlərin istismarı və ondan əldə edilən gəlirlər üzərində ciddi ictimai nəzarətin formalaşması işinə böyük marağının olmasını bir daha ortaya qoymuş oldu.

Ümumi Yığıncağda öncə gündəlik səsə qoyulub təsdiqləndi. Sonra Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları dinlənildi. Uzun müzakirələrdən sonra Şuranın  hesabat dövründəki fəaliyyəti qənaətbəxş,  Monitorinq Qrupunun fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirildi.  Bundan əlavə Koalisiyanın  2021-2025-ci illər üçün Strateji Fəaliyyət Planı əsasında hazırlanmış  Koalisiyanın  2021-ci il  üçün Strateji Fəaliyyət Planı  (Proqram sənədi) müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olundu. Ümumi Yığıncağ həmçinin, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii sərvətlərin qanusuz istismar edilməsi ilə bağli Mövqe Sənədi”ni (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: https://www.facebook.com/eitiazerbaijan1/posts/662607341075237), “XXI Ümumi Yığıncağın Bəyannəməsi”ni, (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: https://www.facebook.com/eitiazerbaijan1/posts/768715520464418)  MSŞA Koalisiyasının Şura üzvü O. Gülalıyevin sağlıq və sosial durumu ilə bağlı Bəyanat”ı da (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: https://www.facebook.com/eitiazerbaijan1/?ref=page_internal) müzakirələrdən sonra, səslənən təklifləri də nəzərə alıb təkmilləşdirmək şərtiylə böyük səs çoxluğu ilə qəbul etdi.  Gündəlikdəki növbəti məsələ - Koalisiya Əsasnaməsinə əlavə və dəyişiklilər üzrə təkliflər iştirakşıların aktivliyi və qızğın  müzakirələrlə müşahidə olundu. Hər bir  təklif ayrı-ayrılıqda səsə qoyuldu və hamısı böyük səs çoxluğu ilə qəbul edildi. Sonda MSŞA Koalisiyasının 11 nəfərdən ibarət  Şurasına və 5 nəfərdən ibarət Monitorinq Qrupuna  seçkilər keçirildi. Şuraya 13 nəfərin  namizədliyi,  hər biri ayrı-ayrılıqda səsə qoyuldu və ən çox səs toplayan 11 nəfər -  Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov,  Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov  növbəti iki il müddətinə Koalisiya Şurasına üzv seçildilər. Monitorinq Qrupuna 5 nəfərin namizədliyi olduğuna görə tərkib səsə qoyuldu və səs çoxluğu ilə  Asif Yusifli, Səməd Hətəmov,  Şövqiyyə Rəhimova, Elşən Əlisoy  və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçildilər.



ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ