SON DƏQİQƏ

11:20 - Yasamal Bələdiyyə sədri Məmmədov Tahir İlyas oğlunu Qurbanlıq bayramı münasibəti ilə təbrik edirik.

11:17 - Paşa Bankın Baş İcraçı direktor və İdarə heyətinin sədri Taleh Kazımov: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir.

18:41 - Gənc istedadln yeni klipi Xeyyam Hesenoglu Qerib Xeyal "Xatirəsine hesr olunub"

08:51 - Accsses bankda növbəti təhdid...

09:23 - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.

16:20 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları Azərbaycanın işğaldan azad edilmiş tortaqlarında fermer təsərufatının inkişaf etdirilməsi gözlənilir…

10:05 - Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Şamxal Əliyevi 2 - iyun “Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edirik!

14:06 - Tahir Yusif oğlu Yusifovun bir gündə milyonluq müqavilələr bağlayıb...

17:01 - İmişli rayon İcra Hakimiyyəti, Mеmarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazim Əli oğlu peşəsini sevən ziyallılarımızdan biridır.

16:02 - Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...

15:47 - Bakı şəhər Qaradağ rayon Puta qəsəbəsinin 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş Həkimi Zeyidov Azər: Heydər Əliyev və Azərbaycan səhiyyəsi...

15:21 - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəisi Atamoğlan Babayev: Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

13:52 - Xocavənd rayon 6 - saylı ibtidai məktəb. Direktor, Əliyeva Esmira Nizami qızı sədaqəti ilə xalqımıza nümunədir.

13:06 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları vətənpərvərliyi ilə tanınan ziyallılarımızdır...

07:21 - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhmədov Vüqar Cəbrayıl oğlu: Azərbaycanın şanlı tarixi Heydər Əlirza oğlu Əliyev.

PressDent.Info

Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...

Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...
29-06-2021, 16:02 5568 dəfə baxılıb

Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.

Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, hazırda həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir.

Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki surətli və hərtərəfli yüksəliş illəri, bəlkə də intibahı adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur.

Böyük tarixi şəxsiyyətlərin rolunu adekvat şəkildə qiymətləndirmək asan olmur. Görünür, bu həm də onunla əlaqədardır ki, dünyamiqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradır. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.

Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmuşdur. Həmin dövrdə ölkənin inkişafı sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü bürüzə vermişdir. 1970-1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır.

Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılması deməkdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ