SON DƏQİQƏ

11:20 - Yasamal Bələdiyyə sədri Məmmədov Tahir İlyas oğlunu Qurbanlıq bayramı münasibəti ilə təbrik edirik.

11:17 - Paşa Bankın Baş İcraçı direktor və İdarə heyətinin sədri Taleh Kazımov: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir.

18:41 - Gənc istedadln yeni klipi Xeyyam Hesenoglu Qerib Xeyal "Xatirəsine hesr olunub"

08:51 - Accsses bankda növbəti təhdid...

09:23 - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.

16:20 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları Azərbaycanın işğaldan azad edilmiş tortaqlarında fermer təsərufatının inkişaf etdirilməsi gözlənilir…

10:05 - Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Şamxal Əliyevi 2 - iyun “Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edirik!

14:06 - Tahir Yusif oğlu Yusifovun bir gündə milyonluq müqavilələr bağlayıb...

17:01 - İmişli rayon İcra Hakimiyyəti, Mеmarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazim Əli oğlu peşəsini sevən ziyallılarımızdan biridır.

16:02 - Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...

15:47 - Bakı şəhər Qaradağ rayon Puta qəsəbəsinin 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş Həkimi Zeyidov Azər: Heydər Əliyev və Azərbaycan səhiyyəsi...

15:21 - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəisi Atamoğlan Babayev: Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

13:52 - Xocavənd rayon 6 - saylı ibtidai məktəb. Direktor, Əliyeva Esmira Nizami qızı sədaqəti ilə xalqımıza nümunədir.

13:06 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları vətənpərvərliyi ilə tanınan ziyallılarımızdır...

07:21 - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhmədov Vüqar Cəbrayıl oğlu: Azərbaycanın şanlı tarixi Heydər Əlirza oğlu Əliyev.

PressDent.Info

Eldar Yunusov: Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri əbədidir…

Eldar Yunusov: Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri əbədidir…
3-05-2021, 11:21 13311 dəfə baxılıb

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov: - Ulu Öndər Heydər Əliyevin sözü ilə desək, ”Türkiyə və Azərbaycan bir millət, iki dövlət”  yaranan dostluq və qardaşlıq münasibəti günü gündəninkişaf edir. Bu münasibət artıq daha da sarsılmaz və dayanıqlı olur.

İstər orta çağlarda, istərsə də yeni dövrdə bu dostluğun və əməkdaşlığın necə inkişaf etdiyini və getdikcə yeni məna kəsb etidyini görürük. Azərbaycanın qərb bölgələrinin rus təcavüzündən qorunmasında Osmanlı dövlətinin müstəsna rolunu dəyərləndiririksə, Çanaqqala savaşında şəhid olan üç mindən çox azərbaycan oğullarını da fəxarətlə anırıq. Müstəqilliyə doğru ilk addımını atan Azərbaycan Xalq Cümhuriyyətinin imdadına vaxtında yetişən Qafqaz İslam Ordusunun hərbi gücü necə gərəkli idisə, Nəriman Nərimanovun birbaşa göstərişi ilə göndərilən maddi yardım Türkiyədə aparılan milli-istiqlal mücadiləsi üçün eləcə həyati əhəmiiyyətli olmuşdu. İstər Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə də indiki Azərbaycan Respublikasının ilk olaraq qardaş və dost ölkə tərəfindən tanınması faktı heç də təsadüf deyil, əksinə bizim təbii müttəfiq olduğumuzun sübutudur.

Azərbaycan sovetlər birliyindən ayrıldıqdan sonra bu dostluq daha da möhkəmlənərək,ictimai həyatın bütün sahələrini əhatə etmiş, son illər isə hərbi-strateji əməkdaşlıq səviyyəsinə gəlib çatmışdır.

Bu gün, iki qardaş ölkəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Əsrin nəhəngləri olan Bakı-Tbilisi-Ceyhan, əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu böyük bir regionun iqtisadiyyatının şah damarı olmaqla yanaşı, türk dünyasının başlıca nəqliyyat arteriyasına çevrilmişdir. İstər bu layihələrə, istərsə də digər iqtisadi və ticari münasibətlərə nəzər yetirsək, onların təkcə iki ölkə üçün deyil, həm də bütün türk dünyası üçün əhəmiyyətini dərk etmiş olarıq. Çünki Türkiyə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqda, Azərbaycan isə sürətlə inkişaf etməkdədir. Bu isə düzənlənən infrastrukturun, qlobal layihələrin uğurlu olmasını təmin edən əsas faktorlardan biridir.

Bu gün ölkəmizdə fəaliyyət göstərən 13 mindən çox türk iş adamı yerli iqtisadiyyata 10 milyard dollardan çox yatırım etmişlər.Eləcə də Türkiyə ərazisində 2000-ə qədər Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir. Təkcə SOCAR-ın Türkiyə iqtisadiyyatına sərf etdiyi invesrtisiyanın həcmi isə 16 milyardı ötmüşdür. Türkiyə ilə Azərbaycan arasında ayrı-ayrı sahələr üzrə müxtəlif mexanizmlər təsis edilmiş və uğurla fəaliyyət göstərirlər. Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Gömrük Məslələri üzrə Birgə Komitə, Quru Nəqliyyatı Birgə Komissiya və sair.

Lakin bu qurumlar içərisində daha önəmlisi həm regionda sülhün və sabitliyin qorunması baxımından, həm də hər iki ölkənin təhlükəsizliyi kontekstində olduqca əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasıdır.

16 avqust 2016-cı ildə Bakıda iki ölkənin prezidentləri İlham Əliyev və Abdulla Gül arasında Strateji Əməkdaşlıq sazişi bağlanmışdır ki, bu da qarşılıqlı dəstək andlaşmasıdir. Qəbul edilmiş sənədin şərtlərindən birində bu ölkələrdən biri hərbi hücuma və ya hücum təhlükəsinə məruz qalacağı təqdirdə hücuma uğramayan ölkə bütün imkanlarından istifadə hesabına öz tərəfdaşını dəstəkləyəcək. 5 hissədən və 23 maddədən ibarət olan andlaşma “Hərbi-siyasi və təhlükəsizlik problemləri”,”Hərbi və hərbi-texniki əməkdaşlıq”,”İqtisadi əməkdaşlıq”,”Humanitar məsələlər”,”Ortaq və son müddəalar”kimi bölmələri özündə ehtiva edir.

Bu sazişdən və sonralar əldə olunmuş digər razılaşmalardan irəli gələn müddəalara əsasən Türkiyə hökuməti daim müharibə vəziyyətində və təhdid altında olan Azərbaycanla sıx surətdə əməkdaşlığını davam etdirmiş, xüsusilə də son illərdə ölkəmizin müdafiə sənayesinin qüdrətinin daha da artması üçün sanballı töhfələr vermişdir. Dünyanın aparıcı hərbi sənayesinə malik olan Türkiyənin Azərbaycanla birgə əməkdaşlığı sayəsində möhkəm müdafiə və lazım gələrsə, hücum qabiliyyətli ordumuzun formalaşmasına nail olunmuşdur. Vətən müharibəsində hər kəsin dilində əzbər olan bir döyüş maşını bayraktar var idi: Bəli, həm düşmənin canlı qüvvəsinin məhv edilməsi, həm də ağır zirehli texnikasının sıradan çıxarılmasında misilsiz rol oynayan bu fövqəl silah həm də canlı qüvvələrəmizin, insan resurslarının qorunub saxlanılması üçün misilsiz vasitə oldu. Əlbəttə,bayraktar olmasaydı,itkilərimizin necə olacağını təsəvvür etmək çətindir.

Təkcə hərbi yox, həm də siyasi müstəvidə Türkiyə həmişə Azərbaycanın tərəfində olduğunu nümayiş etdirdi. Demək olar ki,müharibənin hər günü Türkiyə Cümhuriyyətinin Baş Bakanı cənab Rəcəb Tayyib Ərdoğanın baş verən hadisələrə ciddi reaksiyasının, qətiyyət və səbatının şahidi olurduq. Onun alovlu çıxışları əleyhimizə işləyən beynəlxalq qüvvələrə qarşı ən təsirli və sərt mesajlar kimi səslənirdi. Ötən ilin dekabrında Bakıda keçirilən Zəfər Paradındakı möhtəşəm çıxışı isə bu dostluq simfoniyasının əzəmətli akkordu idi.

Bu gün də haqq işi uğrunda mübarizədə Türkiyə Azərbaycanın tərəfində olub,ən yüksək səviyyədə böyük əzmkarlıq və qətiyyətlə mövqeyimizi müdafiə edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, sosial infrastrukturun tamamilə yenidən qurulması layihələrində qardaş ölkənin yaxından iştirakı və dəstəyi görünür.

Əlbəttə, dostluq birtərəfli istiqamətdə deyil, hər iki tərəfin mənafeyinə və dövlətçilik prinsiplərinə uyğun şəkildə inkişafdadır. Bu yaxınlarda Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında möhtərəm Prezident İlham Əliyev bir daha vurgulamışdı:“Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq.”

Elə bu günlərdə ABŞ prezidentinin “qondarma erməni soyqırımı”ifadəsini səsləndirməsi bütün türk dünyasında necə rezonans doğurmuş,Azərbaycan bu mənada daha ciddi mövqe sərgiləmiş,sona qədər Türkiyənin tərəfində olacağını bir daha bəyan etmişdir. Bütün dünyada, eləcə də Vaşinqtonun özündə Azərbaycan diasporası Co Baydenin çıxışında yol verdiyi siyasi avantüraya etiraz olaraq mitinq və nümayişlər keçiriblər.

Dünya türkün birliyini görür, dünya gec-tez bu birliyin siyasi kursunu təqdir edəcəkdir, çünki bizim işimiz haqq işidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ