SON DƏQİQƏ

PressDent.Info

8 - saylı yol istirmar idarəsinin rəisi Cabir Qurbanov : Heydər Əliyev Azərbaycan infrostrukturunun inkişafinda fədakarlığı…

8 - saylı yol istirmar idarəsinin rəisi Cabir Qurbanov : Heydər Əliyev Azərbaycan infrostrukturunun inkişafinda fədakarlığı…
22-02-2021, 14:03 8439 dəfə baxılıb

          Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər uğurla davam etdirilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda, 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi 2016-cı ildə uğurla başa çatdırıldı. Ötən il, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər də sona çatdırıldı.

 

          Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər uğurla davam etdirilir. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bu il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.

 

      Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası paytaxtın yol infrastrukturunda görülən işlərin sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoymuşdur. Məhz bunun nəticəsidir ki, bu sahədə qarşıya çıxan hər bir çətinlik dövlətimizin başçısı səviyyəsində həllini tapır. Ötən il Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Bundan əlavə, il ərzində  Bakı şəhərinin bütün inzibati rayonları üzrə  289,6 min kvadratmetr  sahədə cari təmir işləri yerinə yetirilib. Paytaxtda yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər hazırda sürətlə davam etdirilir.

 

          Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalaması da bunu təsdiq edir. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən,  “Azəravtoyol” ASC  “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız  yerli tikinti materiallarından istifadə edir.

 

          Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Təsadüfi deyil ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradacağıq” deyən dövlət başçısı son illər ölkənin avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə rəhbərinin xüsusi diqqəti, eləcə də yol təsərrüfatına göstərdiyi yüksək qayğı bu sahədə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradır. 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ