SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
8-01-2021, 11:18 4959 dəfə baxılıb

 

SəfərMehdiyevkimə vəzifə verdiyinibilirmi?

Avqust ayında Dövlət Gömrük Komitəsində struktur islahatlar və kadr dəyişiklikləri həyata keçirildi. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifə verdiyi şəxslərdən biri də Coşqun Mübariz oğlu Əhmədzadə oldu. Belə ki, DGK sədrinin 100 / 1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Coşqun Mübariz oğlu Əhmədzadə Bakı Baş Gömrük Idarəsi rəisinin birinci müavini təyin edildi. Bu təyinatdan əvvəl Çoşqun Əhmədzadə Avtonəqliyyat Gömrük Idarəsində rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin həyata keçirdiyi struktur islahatlar nəticəsində Avtonəqliyyat Baş Gömrük Idarəsi Aksiz Baş Gömrük Idarəsi ilə birləşdirilmiş, Coşqun Əhmədzadənin tutduğu vəzifə ləğv olunmuşdu.

Ancaq DGK-nin sədri Səfər Mehdiyev Coşqun Əhmədzadəyə daha yüksək vəzifə, Bakı Baş Gömrük Idarəsi rəisinin birinci müavini vəzifəsini verdi. Bu təyinat haqlı olaraq bir neçə sual doğurdu. Həmin suallardan birincisi, Coşqun Əhmədzadənin kimliyi ilə bağlıdır.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Coşqun Əhmədzadə Zaqatala rayon Icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur. Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri sədrlik edir.

Ikinci sual Dövlət Gömrük Komitəsində kadr təyinatlarının hansı prinsiplər əsasında aparılması ilə bağlıdır. Bu sualın cavabı bir çox məqamların üzərinə işıq sala bilər. Bununla bağlı qeyd edək ki, Coşqun Əhmədzadə ötən ilin yanvarında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə təltif edilənlər arasında olub. Dövlət başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə Əhmədzdə Çovqun Mübariz oğlu xidməti yerinə yetirərkən fərqləndiyinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təlim edilib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə təltif edilənlər arasında Bakı Baş Gömrük Idarəsinin sabiq rəisi Vüsal Novruzov, Aksiz Baş Gömürk Idarəsinin sabiq rəisi Ehtiram Xəlilov, Hava Nəqliyyatında Baş gömrük Idarəsinin sabiq rəisi Sadiq Abduyev də olub. Çox maraqlıdır ki, Bakı Baş Gömrük Idarəsinin sabiq rəisi Vüsal Novruzov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, Aksiz Baş Gömürk Idarəsinin sabiq rəisi Ehtiram Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, hava nəqliyyatında Baş Gömrük Idarəsinin sabiq rəisi Sadiq Abduyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Xalbuki, Coşqun Əhmədzadə ancaq "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə tətbiq olunub. Bir müddət əvvəl isə məlum oldu ki, ötən ilin yanvarında 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Sadiq Abduyev bir neçə gömrük məmuru və işbazla əlbir olaraq ölkəyə saxta dərmanların gətirilməsinə rəhbərlik edib. 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Vüsal Novruzovun adı isə büdcədən külli miqdarda gömrük rusumlarının yayındırılmasında hallanır.

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Coşqun Əhmədzadənin adı hələlik belə cinayət xarakterli əməllərdə hallanmasa da, onun da fəaliyyətində dövlət qulluğu ilə üst-üstə düşməyən məlumatlar var. Məsələn, Coşqun Əhmədzadənin " Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etməsi haqqında rəsmi məlumatlar var. 23 yanvar 2012-ci ildə təsis edilmiş "Corasuni" MMC-nin qeydiyata alındığı hüquqiünvanla Coşqun Əhmədzadənin daimi passort qeydiyyatında olduğu da üst-üstə düşür. Belə ki, Coşqun Əhmədzadə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68-də yerləşdiyi kimi "Corasuni” MMC-də həmin unvanda yerləşir.

Coşqun Əhmədzadənin məmur karyerası ilə üst-üstə düşməyən başqa bir məsələ Qax rayonu, Qaxbaş kəndində inşa etdirdiyi bağlanır. Bu tikililər rəsmi sənədlərdə 2 ədəd fərdi yaşayış evi kimi göstərilib. Həqiqətdə isə onların otel kimi olduğu iddia olunur. Qax rayon, Qaxbaş kəndində inşa edilən evlərlə başqa sullar da var. Məlum olduğu kimi Coşqun Əhmədzadənin atası Mübariz Əhmədzadə Qax rayonunun icra başçısı olub, indi isə bu area atasının xalası oğlu Musa Şəkiliyev rəhbərlik edir. Buna görə Coşqun Əhmədzadənin həmin evlərin inşa edildiyi ərazini hansı şərtlər çərçivəsində alması suallardan biridir. Başqa bir sual aylıq əmək haqqı 700 manat civarında olan bir gömrük məmurunun Bakıda və Qaxdakı mənzil və evləri hansı pullar hesabına inşa etdirməsi ilə bağlıdır. Bütün bu suallara Coşqun Əhmədzadənin aydınlıq gətirməsinə çalışsaq da, gömrük məmuru Azərbaycan qanunlarına hörmətsizlik edərək sorğumuzu cavablandırmadı.

Bütün bu suallara Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin aydınlıq gətirəcəyinə ümid edirik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ