SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

İradə Gülməmmədova şəhidlərimizin xatirəsinə niyə belə biganə yanaşır?

İradə Gülməmmədova şəhidlərimizin xatirəsinə niyə belə biganə yanaşır?
21-12-2020, 14:16 14442 dəfə baxılıb

Abşeron rayon icra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın göstərişiylə Mehdiabadda yol kənarına vurulan şəhid plakatları sökülüb. Gəlin birlikdə Azərbaycanın hələdə bitməmiş, kağız üzərində Ermənistan millətçilərinin kapetulyasiyasını belə qəbul etməmiş, Böyük Vətən müharibəsi şəhidlərinin plakatlarını sokülməsi əmrini kim və niyə göstəriş verdiyini araşdıraq...

 

 

 

Apşeron rayon İcra hakimiyyəti başçısı İradə Gülməmmədovanın ailəsinə məxsus biznes

“Rəsul Rza, Səttar Bəhlulzadə küçələri faciəvi vəziyyətdədir. Heç olmasa, çuxurları doldursunlar. Səkilər yoxdur, piyadalar yolun ortası ilə getməyə məcburdurlar. Ən çox əziyyət çəkənlər isə 7 nömrəli məktəbin şagirdləridir. Həsən Əliyev küçəsinə asfalt bir neçə ay əvvəl çəkilsə də, yol yenidən çökür. Bir də gördünüz ora ya avtomobil, ya da adam düşüb. Kanalizasiya suları yola axıdılır. Bir saat yağış yağsa, 10 gün keçilməz gölməçələr olur. "Yaşıl ada" restoranının yanından Xırdalanın içərisinə dönən küçənin asfaltı bəlkə də iki ildir dağıdılıb. Spirt zavoduna kanalizasiya xətti çəkildikdən sonra eləcə dağılmış vəziyyətdə qalır. Nəinki asfalt, heç adi kubik qırıntıları da tökülməyib”.

Sosial şəbəkə istifadəçisi Bəhmən Faziloğlu belə deyir.

Abşeron Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə tənqid olunur. Qurumun sosial şəbəkə hesablarına daxil olan bu şikayətlərin bəzisinə cavab verilir, bəziləri elə cavabsız qalır. Rayon ərazisində baxımsız küçələrlə yanaşı xüsusi diqqət göstərilən küçə də var – Məsud Davudoğlu küçəsi.

Küçənin xüsusiliyi ondadır ki, Davudoğlu 9-da “Zümrüd” uşaq bağçası, 12 a-da “Vimay” Tibb Mərkəzi, 34-də isə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və ailə üzvlərinin qeydiyyatda olduğu mənzil yerləşir.

İradə Akif qızı Gülməmmədova 1962-ci il sentyabrın 30-da Şuşa şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Tibb İnstitutuna (ATİ) daxil olub. ATİ-nin pediatriya fakültəsini 1985-ci ildə bitirib.

1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova, 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq işləyib. Onun ailə qurduğu Gülməmmədov Yolçu Katamazya oğlu da həkimdir və Balakən rayonunda birgə işləyiblər.

İ.Gülməmmədova 1995-2006-cı illərdə Abşeron rayonunda yerləşən uşaq poliklinikasına baş həkim təyin olunub. 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ilin sentyabrından prezident İlham Əliyev tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Sələfi hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovdur. Məhz onun dövründə vəzifəyə təyin olunub və müavini olaraq fəaliyyət göstərib.

İcra başçısının həyat yoldaşının şirkəti

İ.Gülməmmədovanın həyat yoldaşının iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində.

Y.Gülməmmədovun adına olan müəssisələr - "İmpuls-M.V." Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.

“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib . “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.

İcra başçısının qardaşına və atasına məxsus şirkətlər

“İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. “Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

R.Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri - veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir.

Eyni ünvanda bir neçə şirkət

Abşeron rayonu, Rəsulzadə qəsəbəsi ŞTQ, Davudoğlu (M.Rəsulzadə qəsəbəsi) ünvanında daha bir MMC fəaliyyət göstərir “Vimay”. Qanuni təmsilçisi Umayeva Elnarə Vaqıf qızıdır.

E.Umayevanın adına daha bir MMC “Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. “Vimay” 2004-cü ildə, “Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müavini olub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.

Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən “Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri aztəminatlı ailələr arasından seçilən uşaqların pulsuz sünnət olunmasıdır.

Yeri gəlmişkən, bu təşəbbüsün müəllifi İradə Gülməmmədova olub. Hazırda “Vimay-Med” Klinikasının qanuni təmsilçisi Zaidov Mirəzim Həsən oğludur. M.Zaidov eyni zamanda klinikanın baş həkimdir. E.Umayevanın adına bağlanan “Vimay” Tibb Mərkəzi həm Səhiyyə Nazirliyinin, həm də Vergilər Nazirliyinin reyestr məlumatlarında “Afgen” Klinikasıyla eyni adı daşıdığı bəlli olur. Baxmayaraq ki, “Afgen” özü Bioloji Təbabət Klinikasının binasında fəaliyyət göstərir. Bioloji Təbabət Klinikası haqda bir qədər sonra. “Vimay” Tibb Mərkəzinin keçmiş rəsmi elektron səhifəsi “vimayclinic.com” olub. Sonradan səhifə bağlansa da, “Facebook” sosial şəbəkəsində aktiv təmsil olunur. Klinika əsasən arıqlama, liposaksiya, döş böyütmə və kiçiltmə, eləcə də kosmetoloji əməliyyatların gerçəkləşdirməsini həyata keçirir.

E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, “Repose Travel” (VÖEN: 3102670111) adlı turizm şirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür

İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda üç müəssisə qeydiyyatdan keçib – “Nabat” firması (VÖEN: 3101168861), “Herbimed” MMC (vöen: 1001399851) və “Afgen” MMC (vöen: 1002041591).

“Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçi işləyir.

“Vimay”ın keçmiş adı “Nabat Klinikası” olub. Həmin ad “Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. “Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən “Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiq oğludur. “Nabat Med” “Mirpromtorq” MMC-nin nəzdindədir.

“Abşeronda ev tikənin “dərisini soyurlar”

“Tam sənədli yerimdə ev tikirəm. Gəldi 4000 manat istədi. Üzümüzə dedilər ki, pul verməsən, sökəcəyik. Zorla 2000-ə saldırdıq. Yerimizin sənədli olmasının da əhəmiyyəti yoxdu, “onsuz da verməlisiniz” deyirlər. Hamı verir. Bunların yediklerinin qarşısında Ağstafa, Yevlax dənizdə damcı deyil”, deyir Abşeron rayon sakini. Adının anonim qalmasını istəyən şikayətçi hər zonanın özünün pulyığanı olduğunu da söyləyir: “Ev tikəndə gedirsən Abşeron Rayon İcra Hakimiyyətinə ki, ev tikirəm. Əvvəllər ev tikən şəxs birbaşa hesaba yatırırdı pulu. O hesab da Heyder Əliyev Fondu idi. İndi o yoxdu. Mədəni formada “Niva”lı qaqaşlar gəlir, bazarlıq edir. Seymur adlı oğlandı”.

Ola bilsin İradə Gülməmmədovanın oğlu, 1992-ci il təvəllüdlü Məhəmməd Gülməmmədov üçün rayon ərazisində ev tikdirmək “dərisi soyulmadan” başa gəlir. Belə ki, Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunu ərazisində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinin icazəsini hələ 2017-ci ildə alıb. M.Gülməmmədovun tikdirdiyi 1056 kv/m-lik evin qazancını necə əldə etməsiylə bağlı bilgi yoxdur.

Saymaqla bitməyən yeyintilərin nəticəsində milyardlarala olçülən İmperiyanın sahibi olan Apşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova təbii ki bu təfəkkürlə heç bir maddi xeyri olmayan Mehdabad yol kənarında vululan şəhid plokatlarını söktürəcək...

 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ