SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...
22-09-2020, 13:54 30450 dəfə baxılıb

Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində ölkə üzrə rayon və şəhərlərdən daxil olan şikayətlərin təsnifatı barədə geniş statistik məlumatlar öz əksini tapıb. Maraqlıdır ki, Qax rayonundan Bakıya, yəni Prezident Administariyası və digər dövlət qurumlarına şikayətlərin daxil olması barədə rəqəmlərə rast gəlinmədi. İlk baxışdan, bu, Qaxda bütün sakinlərin icra orqanlarından razılığı kimi görünsə də, redaksiya heyətimiz kiçik bir araşdırma apardıqdan sonra maraqlı faktlar ortaya çıxardı.

Belə ki, artıq neçə vaxtdır Qax rayonundan Bakıya göndərilən şikayət məktubları barədə icra başçısı Musa Şəkiliyevə dərhal məruzə olunur. Qaxdakı Poçt söbəsinin rəhbərliyi rayondan Bakıya göndərilən bütün məktub, bağlama və teleqramları ciddi nəzarətdə saxlayır. Xüsusilə də, Prezident Administrasiyasına göndərilən şikayət ərizələri heç ünvanına gedib çatmır. Əksinə, dərhal icra başçısı Musa Şəkiliyevə çatdırılır və sonradan həmin şikayəti edən rayon sakininə müəyyən təzyiqlər edilməyə başlayır.

Redaksiyamıza bu barədə tutarlı faktlar göndərən mənbə onu da qeyd edir ki, icra başçısı Musa Şəkiliyev ölkə başçısı İlham Əliyevə göndərilən məktub və teleqramları özü şəxsən oxuyur və göndərilib-göndərilməməsi barədə qərar verir. Görünür özünü Qaxın xanı hesab edən Musa Şəkiliyev öz barəsində ölkə rəhbərliyinə neqativ məlumatların çatmasını istəmir.

Məsələni diqqətdə saxlayacağıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ