SON DƏQİQƏ

PressDent.Info

Qobustanda Əlikram Cavadovun yol "biznesi"

Qobustanda Əlikram Cavadovun yol
29-08-2020, 08:40 110055 dəfə baxılıb

Yol İstismar İdarəsinin müdirinin şəxsi biznesi…

Bildiyiniz kimi Azərbaycan qanunu ilə dovlət məmurunun şəxsi biznesi ola bilməs. Məhs bu səbəbdən son dövürdə Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Təhlükəsizlik xidmətinin keçirdiyi əməliyatları nəticəsində dövlətin böyük və kiçik vəzifəli şəxsləri həbs edilərək Hüquq Mühafizə Orqanlarına təhfil verilib.

Buna baxmayaraq hələdə bildiyini oxuyan məmurlara tez – tez rast gəlmək olur. Belə məmurlardan biridə Qobustan rayon Yol İstismar İdarəsinin müdiri Əlikiram Cavadovdur.

Əlikiram Cavadovun yolkənarında iri bir Kafesi, ət dükanı, Ferması, 1000 – baş qoyunu və bu kimi saysız mülkiyyətləri var. Ən maraqlısı budurki, bu biznesinin mayasını, rəhbərlik etdiyi Yol İstismar İdarəsində mənimsədiyi pullarldan götürüb , 

Məlum olduğu kimi, son illər ölkəmizdə yol infrastrukturunun yenilənməsinə, körpü və tunellərin çəkilməsinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, həm Bakıda, həm də rayonlarımızda istismar müddətini başa vurmuş yollar təmir edilərək vətəndaşların istifadəsinə verilib. Amma bu sahədə də nöqsanlar az deyil. Belə ki, «Azəravtoyol» ASC-yə tabe olan bəzi yerli idarələrdə yeyinti hallarına yol verilir, məhz bu səbəbdən yolların təmiri məsələsi yubanır. Qobustan rayon 8 saylı Yol İstismar İdarəsində baş alıb gedən özbaşınalıqlar və idarənin rəisi Əlikram Cavadovun fəaliyyətindəki qanun pozuntularıdır.

İdarənin balansında olan yolların vəziyyəti heç də ürəkaçan deyil: «Qobustanın magistral, eləcə də əksər kənd yolları sözügedən idarənin balansındadır. Həmin yolların böyük hissəsi istismar müddətini çoxdan başa vurub. Rayon mərkəzinə yaxın, eyni zamanda ucqar kəndlərin yolları darmadağın olub. Bu yolların böyük hissəsi Sovet dövründə çəkilib. Əlikram Cavadov yolların vəziyyətinə biganə münasibət göstərir. Rayonun yollarının təmirinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara sərf edildiyi bilinmir». Qobustan Yol İstismar İdarəsinin balansında olan texnikaların çoxu yararsız, zay vəziyyətdədir: «İdarə müdiri il ərzində bir neçə dəfə avtomobillərin ehtiyat hissələrinin dəyişdirilməsi adı altında dövlət büdcəsindən maliyyə vəsaiti alır. Buna baxmayaraq, heç bir texnikanın təmiri işləri aparılmır. Işləyən texnikanıda Əlikram Cavadov icarəyə verir. Təmir adlı altında büdcə vəsaitlərini mənimsəyir. 

 Qobustanda Yol problimi ən qlobal problemlərdən biridir. Qış vaxtı bu yoldan istifadə edə Mümkün deyil.  Hətta uzunboğaz çəkmədə belə həmin yollarda gedib - gəlmək mümkün deyil. Yerli sakinlərə bu problemin həl olunacağına dair söz versələrdə, sözə əməl edən yoxdur. Sakinlərin şikayətini bu vaxta kimi araşdıran tapılmayıb. Elə bu cəzasızlığın nəticəsidir ki, Əlikram Cavadov öz əməllərindən əl çəkmir. 

 Əlikiram Cavadovun bu qanunsuz əməlində ona dəstək duran şəriki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Məmmədov Saleh Ərşad oğludur.

Ardı var..

Qarşı tərəfi də dinləyə hazırıq.

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ