SON DƏQİQƏ

PressDent.Info

Ülvi Quliyev: “Həkimlərimiz böyük fədakarlıq göstərirlər və hörmətə layiqdirlər”

Ülvi Quliyev: “Həkimlərimiz böyük fədakarlıq göstərirlər və hörmətə layiqdirlər”
29-08-2020, 07:10 115188 dəfə baxılıb

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin ön cərgəsində həkimlər dayanır. Həkimlərimiz virusla mübarizədə böyük qəhrəmanlıq və fədakarlıq göstərirlər. Xalqımız onların bu xidmətini heç vaxt unutmayacaq”.

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev deyib.

Ülvi Quliyev bildirib ki, pandemiya Azərbaycan tarixinin ən ağır hadisələrindən biridir: “Bu ağır mübarizənin yükü həkimlərin çiyinlərindədir”.

Səhiyyə komitəsinin üzvü vurğulayıb ki, dünyada pandemiya yeni yayılmağa başlayanda Azərbaycan həkimləri tam səfərbər oldular: “Həmin dövrdə ölkəmizdə infeksiya çox yayılmamışdı. Sərt karantin rejimi yumşaldılandan sonra Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, vəziyyət nəzarət altındadır. Bu da dövlətin vaxtında gördüyü tədbirlərin və həkimlərin əməyinin nəticəsidir”.

Ülvi Quliyev qeyd edib ki, bu gün peşə bayramlarını qeyd edən həkimlər bütün çətinliklərə baxmayaraq, pandemiya ilə inamla mübarizə aparırlar: “Elə həkimlərimiz var ki, aylardır evlərinə getmirlər, ailələrindən, övladlarından ayrı düşüblər. Hətta tibb işçilərindən də koronavirusa yoluxanlar, dünyasını dəyişənlər var. Həkimlər öz həyatlarını təhlükəyə ataraq, insanlarımızı dəhşətli virusdan qorumaq, yoluxanları sağaltmaq üçün əllərindən gələni edirlər. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həkimlərin bu fədakarlığını yüksək qiymətləndirirlər. Ümumilikdə dövlətimiz tibbi işçilərinə diqqət və qayğı ilə yanaşır”.

Ülvi Quliyev: - Azərbaycanda hər zaman həkim sənətinə böyük maraq olub, həkimlərə hörmətlə yanaşılıb: “Pandemiya dövründə göstərdikləri qəhrəmanlıqlar həkimlərə bu hörmətin əsassız olmadığını təsdiqlədi”.

Yeganə Nəsirli

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ